Şəxsi məlumatlarınızı ələ keçirənlərlə necə mübarizə apara bilərsiniz? - Hüquqşünas izah edir

Şəxsi məlumatlarınızı ələ keçirənlərlə necə mübarizə apara bilərsiniz? - Hüquqşünas izah edir
Bu gün bir sıra insanlar xüsusi proqramlar vasitəsilə qarşı tərəfin şəxsi məlumatlarını əldə edə bilir.
 
Məsələn, "Whatsapp” hesabını öz telefonuna yönləndirənlər, "İnstagram” hesabına daxil olub fotoları hansısa məqsədlər üçün istifadə edənlər və s.  var. Xüsusilə, son zamanlar məhz bu səbəbdən cütlüklər arasında mübahisə yaranır,  hətta vəziyyət  xəsarət yetirməyə qədər gedə bilir.
 
Maraqlıdır, xüsusi proqramlar vasitəsilə şəxsi məlumatları əldə etmək qanunidirmi? Bununla bağlı qarşı tərəf hər hansı şikayət edə bilərmi?

Mövzu barədə Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Konstitusiyamızın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var:

"Öz razılığı olmadan heç kimin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub. Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

Müsahibimiz bildirib ki, həmçinin zərərçəkmiş və hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən kompensasiya da tələb edə bilər:

"Belə ki, Mülki Məcəllənin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir”.

Vəkil əlavə edib ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir, həmçinin mülki məsuliyyətə də səbəb ola bilər:

"Bu əməli törədən şəxslərin təqsiri məhkəmə qaydasında sübuta yetirilərsə, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada cəza təyin edilə bilər. Eyni zamanda şəxsi toxunulmazlıq  hüququ pozulmuş zərərçəkmiş şəxslərin bu hüququn pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini pozan tərəfdən tələb etmək hüququ var. Bir sıra şəxslərin xüsusi proqramlar vasitəsilə bağlı sosial şəbəkə hesablarına (WhatsApp, Instagram, Facebook və sair hesablara) daxil olaraq şəxslərin iradəsi ziddinə fotoşəkillərinin, videolarının qanunsuz toplanılması və yayılması qanunvericiliyə ziddir və məsuliyyətə səbəb olan haldır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

"Dress-kod" tələbi azadlığın məhdudlaşdırılmasıdır? - Sosioloqdan açıqlama

Mədəniyyət nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı imzalanan əmr sosial şəbəkələrdə müzakirə obyektin...

"Tibb Universitetinin kitabxanasında ciddi dərslik çatışmazlığı var" - Həkimdən açıqlama

"Tibb Universitetinin kitabxanasında ciddi dərslik çatışmazlığı hökm sürür”.   Sfera.az bildirir ki, bunu tanınmış radioloq həkim Aydın Əliyev deyib. O q...

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.   Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.   Araşdırma nəticəsin...

“Stress bizim inkişafımızı da təmin edə bilər” – Psixoloqdan AÇIQLAMA

"Stress normal miqdarda olduqda bizim inkişafımızı təmin edir”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixol...

“Aksiyada saxlanılan olmayıb” – DİN-dən AÇIQLAMA

Bu gün bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı eti...