"Dress-kod" tələbi azadlığın məhdudlaşdırılmasıdır? - Sosioloqdan açıqlama

Mədəniyyət nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı imzalanan əmr sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, ''qadınlar dikdaban, kip və cins materiallı şalvarlar geyinməməli, şəffaf və parıltılı dodaq boyasından istifadə etməməlidirlər'', - deyə qeyd edilən əmrə əsasən nazirliyin tabeliyində olan qurumların qadın və kişi əməkdaşları üçün dress-kod müəyyən edilib. Əmrdə işlədikləri müəssisələrdə qadınlara dar və cins materiallı şalvar geyinmək, dikdabandan, eləcə də şəffaf və parıltılı dodaq və dırnaq boyasından istifadə etmək qadağan edilib. Bu isə əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb, ciddi tənqid atəşinə tutulub.

Maraqlıdır, işçilər üçün geyim və üsluba dair bu cür tələblərin qoyulması nə dərəcədə doğrudur?

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bir-iki ay əvvəl də oxşar məlumatın yayıldığını qeyd edib:

"Biz hətta gülmək məqsədilə bunu müzakirə etdik. Sən demə, cəmiyyətin əslində reaksiyasını yoxlayırlarmış. Belə bir qadağa məktəblərdə, təlim-tədris ocaqlarında tətbiq edilsəydi, hamı buna çox normal yanaşardı. Çünki cəlbedici geyim və bəzək əşyalayı, habelə makiyaj uşaqların diqqətini yayındıra bilərdi. Lakin mədəniyyət müəssisələrində belə tələblərin qoyulması absurddur. Tutaq ki, hər hansı teatrda aktrisanın qırmızı, parıltılı dodaq boyasından istifadə etməsi niyə başqalarını narahat etməlidir?”.

Müsahibimiz bildirib ki, qadın əməkdaş makiyajı istədiyi kimi edə bilməyəcəksə, azadlığı əlindən alınmış olur:

"Əgər uşaqların təlim-tərbiyəsində bilavasitə iştirak edən biri deyilsə, o, niyə bu cür qadağalarla üzləşməlidir? Razıyam ki, bəzən qadınlar elə geyimlər geyinir ki, çox biədəb görünür. Amma cins şalvarların bu geyimlərlə əlaqəsi nədir? Bu, şort, qısa ətək deyil ki, müəyyən vaxtlarda, müəyyən hərəkətlərdə xoş olmayan görüntülər yaratsın. Cins şalvar tələbi absurddur. Ola bilər, kip olması baxımından tətbiq edilir, amma yenə də ağlı başında, normal mövqedə, yaşda olan birinə "onu geyinmə, bunu etmə” demək azadlığını məhdudlaşdırmaqdır. Ona görə də, bu məsələ mənə qaranlıq qaldı. Yaxşı olar ki, bu addımın səbəbini açıqlasınlar. Bəlkə elə tutarlı səbəb deyəcəklər ki, biz də fikrimizdən daşınacağıq”.

Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "XəzərXəbər"ə bildirilib ki,  qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. ''Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər. Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində, yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb'' - deyə məlumatda vurğulanıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

"Dress-kod" tələbi azadlığın məhdudlaşdırılmasıdır? - Sosioloqdan açıqlama

Mədəniyyət nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı imzalanan əmr sosial şəbəkələrdə müzakirə obyektin...

"Tibb Universitetinin kitabxanasında ciddi dərslik çatışmazlığı var" - Həkimdən açıqlama

"Tibb Universitetinin kitabxanasında ciddi dərslik çatışmazlığı hökm sürür”.   Sfera.az bildirir ki, bunu tanınmış radioloq həkim Aydın Əliyev deyib. O q...

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.   Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.   Araşdırma nəticəsin...

“Stress bizim inkişafımızı da təmin edə bilər” – Psixoloqdan AÇIQLAMA

"Stress normal miqdarda olduqda bizim inkişafımızı təmin edir”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixol...

“Aksiyada saxlanılan olmayıb” – DİN-dən AÇIQLAMA

Bu gün bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı eti...