Şəmkirdə avtomobil qəzası oldu, xəsarət alanlar var
23:59 / 20.03.2022
3968
Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə Könüllü kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
(report)