Şəhərin mərkəzindəki bu binanın həyətinə 500 kq-lıq dibçəklər qoyuldu - Sakinlərdən ödəniş almaq üçün ilginc üsul

Şəhərin mərkəzindəki bu binanın həyətinə 500 kq-lıq dibçəklər qoyuldu - Sakinlərdən ödəniş almaq üçün ilginc üsul
Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən yaşayış binalarının qarşısında hərəkətə maneə yaradan dibçəklər qoyulub.

Bununla bağlı Sfera.az-a həmin binada yaşayan sakinlər məlumat veriblər.


Sakinlər bildirirlər ki, dibçəklər Hüquq Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən yerləşdirilib və artıq 3 aydır vəziyyət belədir:


"Hüquq MTK tərəfindən binanın həyətinə, yolboyu təqribi çəkisi 500 kq olan beton dibçəklər yerləşdirilib. Bunun hərəkət üçün çətinlik yaratdığı dəfələrlə diqqətlərinə çatdırılsa da, heç nə dəyişməyib. Çünki Hüquq MTK bunları xüsusi məqsədlə yerləşdirib”.


Sakinlərin sözlərinə görə, bu dibçəklərin qoyulmasında məqsəd hamını ödənişli parkinqdən istifadəyə məcbur etməkdir. Binanın qarajı çox kiçikdir və bina sakinləri orada da avtomobilləri üçün yer tapa bilmirlər.


"Binaya təcili yardım maşını və s. gəldikdə, ümumiyyətlə, ərazidə hərəkət dayanır. Sabah yanğın çıxsa, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri müdaxilə edə bilməyəcəklər. Dediyimiz kimi, qaraj kiçikdir, yer tapılsa belə, yaşlı bina sakinləri evindən çıxıb parkinqə gedənə qədər əziyyət çəkməli olur. Ailələr məhz bu məsələyə görə çoxlu problemlər yaşayırlar. Biz dəfələrlə 102 xidmətinə şikayətimizi bildirmişik, cavab olaraq maraqlanacaqlarını deyiblər. Lakin dibçəklər ərazidən təmizlənmir və bu yöndə heç bir iş görülmür”.


Şikayətçilərin sözlərinə görə, Hüquq MTK nümayəndələri ilə görüşlər heç bir nəticə vermir:


"Biz dəfələrlə Hüquq MTK nümayəndələri ilə də görüşmüşük, amma məsuliyyəti üzərlərindən atıblar. Məlum məsələdir ki, həmin dibçəklər əraziyə görüntü xatirinə yox, başqa məqsədlə qoyulub. Bina sakinləri arasında bununla bağlı dəfələrlə problem yaşanıb. Biz təcili sürətdə bu istiqamətdə tədbir görülməsini istəyirik”.


Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə çalışdıq. Kommunal Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Qaçay Şahbazov binaların qarşısında avtomobillərin dayanmamasının fövqəladə halların qarşısını almağa xidmət etdiyini deyib:


"Həmin ərazidə bütün fövqəladə halların yaranmasının qarşısını almaq üçün avtomobillərin dayanmaması lazımdır və buna görə də insanların sərbəst hərəkəti üçün müsbət şərait yaradılıb. Pandemiya dövründə əraziyə tez-tez təcili tibbi yardım maşınları gəlirdi. Buna görə də biz əraziyə girişi birtərəfli etmişik və qarajda şərait yaradılıb. Bəzi sakinlər avtomobillərini qarajda saxlamamaq və digər ödənişli dayanacaqlardan istifadə etməmək üçün həmin dibçəklərin əraziyə qoyulmasından narazılıq edir. Əraziyə DİN əməkdaşları da gəlib və yaradılan şəraitlə tanış olublar”.


 

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.   Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.   Araşdırma nəticəsin...

Azərbaycanda pensiya yaşı azaldılacaq? - “Bu ildən etibarən…”

"65 yaşda pensiyaya çıxan insana pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il ...

Azərbaycanda maska cərimələri ləğv edilir? - AÇIQLAMA

Maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqda davam edir. Kimisi&n...

Azərbaycan quru sərhədlərini açacaq - İyunun 22-si...

"İstər pandemiyanın davam etdiyi dövrdə, istərsə də indi, qəbul olunan hər bir qərarın fəsadsız olması, onun nə dərəcədə elmi məntiqə istinad etməsindən asılıdı...

Dövriyyədə olan 500 manatlıqların sayı artır: Xatirə banknotu müntəzəm işlənən pul nişanına çevrilir

2021-ci ildə tədavülə buraxılan 500 manat nominallı xatirə pul nişanına daha tez-tez rast gəlinir. Xüsusilə iri məbləğli hesablaşmalarda banklar 500 manatlıq no...

Rusiyada işləyənlər Azərbaycanda pensiya ala biləcək – Yeni müqavilənin üstünlükləri açıqlandı

"Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan ...