Samsung yeni layihəsinə davam edir

Samsung yeni layihəsinə davam edir
Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan Samsung şirkəti yeni layihəsini davam etdirir.

Sfera.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində görkəmli nailiyyətləri olan şəxsləri ən yaxşı "Samsung” məhsulları ilə dəyərləndirməkdir. Bu dəfə Samsung şirkəti dünya şahmatının tanınmış siması, gənclər arasında ikiqat dünya, Azərbaycan milli komandasının heyətində üçqat Avropa çempionu, Vüqar Həşimov Memorialının ikiqat qalibi, Avropa Çempionlar Kubokunun sahibi, FİDE reytinqində üçüncü pillədə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarova Samsung Galaxy S9+ mobil telefonunu təqdim edib.

Şəhriyar Məmmədyarov bu layihəyə görə Samsung-a təşəkkür etdi:


"Mən çox şadam ki, Samsung məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir. Bu mənim üçün çox vacib amildir”.

Yeni telefona gəldikdə isə, qrossmeyster fikirlərini belə bölüşüb:

"Bu modelin keyfiyyətlərini şahmatla müqayisə edərdim. Çox ağıllı telefondur. Zəngin funksiyaları var. Onları öyrənmək üçün müəyyən vaxt lazım olacaq. Ekranı geniş olduğuna görə internetdə rahat şahmat oynamaq imkanım var. Samsung Galaxy S9+-un foto çəkmək qabiliyyətini xüsusi qeyd edərdim. Yarışlarda olduğum zaman şəkil çəkdirməyi xoşlayıram. Bu mənada Samsung Galaxy S9+ köməyimə gələcək. Bir idmançı kimi yenilikləri çox sevirəm, hər bir şeydə yüksək keyfiyyət və çox funksionallığa yüksək önəm verirəm”.

Qeyd edək ki, "Samsung” şirkəti Azərbaycanı müxtəlif sahələrdə dünyada layiqincə tanıdan insanlara premium hədiyyələri təqdim etməklə onların ən yaxşı məhsullara layiq olduğunu vurğulamağa bu layihə çərçivəsində davam edəcək.

 

OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...