Samir Nuriyev Fransanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşdü

Samir Nuriyev Fransanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşdü
Aprelin 8-də Prezident Administrasiyasının rəhbəri, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı – "MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın formalaşdığı qeyd olunub.

Fransanın aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb. Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını qoyduğu bildirilib.

Fransanın görüşdə iştirak edən "Airbus”, "Alstom”, "Suez”, "Thales”, "Egis”, "Oberthur Cash Protection”, "Arverne Group” və digər qabaqcıl şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni sahələr əhatə olunmaqla əməkdaşlığın genişlənməsinə maraq ifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində Fransanın işgüzar dairələrinin iştirak etmək niyyəti ifadə olunub.




 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Litva ...

Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO

 10:21 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub....

Litva Prezidenti Azərbaycana gəldi - FOTO

Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının ...

İlham Əliyev Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etdi - FOTOLAR

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Bi...

Prezident videoformatda qəbul keçirdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul...

Yeltsin DTK rəhbəri Andropovun göstərişi ilə nələr edib? – 45 ilin gizlinləri - FOTO

Rusiyada Romanovlar xanədanının son olaraq sığındığı "İpatyev evi"nin (sonuncu rus çarı II Nikolay ailəsi ilə birlikdə 1918-ci ilin iyulun 16-dan 17-nə keçən ge...