İlham Əliyev Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etdi - FOTOLAR

İlham Əliyev Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etdi - FOTOLAR
12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Elizabetə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Sfera.az xəbər verir ki, "Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – "Şöhrət” adlı Qarabağ atı təqdim olunub. 

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.
Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı "Alxan” adlı Qarabağ, "Qalxan” adlı Dilbaz atlarının heykəl­ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Elizabet hədiyyəyə görə təşəkkürlərini ifadə etmiş, "Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.
 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Litva ...

Azərbaycan və Litva prezidentlərinin görüşü oldu - FOTO

 10:21 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub....

İlham Əliyev Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etdi - FOTOLAR

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Bi...

İlham Əliyev Şuşada Qurultayda çıxış edir - CANLI YAYIM

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliy...

Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA

"Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Bakının neft yataqlarına zərbələr endirməsi ehtimalı ilə bağlı sözləri heç bir halda Moskvanın siyasi xət...

İlham Əliyevlə Ərdoğan arasında görüş keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Sfera.az xəbər...