"Şakro Molodoy"dan “oğru”lara sensasion müraciət - Kriminal dünya birləşir?

Rusiyada həbsdə olan gürcü əsilli nüfuzlu "oğru” Zaxari Kalaşov (Şakro Molodoy) "oğru dünyası”na sensasion müraciət edib. 

Sfera.az  xəbər verir ki, "Şakro Molodoy" müraciətində kriminal avtoritetləri "oğru dünyası”ndakı münaqişələrə son qoymağa çağırıb. O bildirib ki, münaqişədə olan "oğru”lar arasında barışıq əldə olunmalı və problemlər sülh yolu ilə həll edilməlidir.

Zaxari Kalaşov qiyabi qərarlara da münasibət bildirib. O qeyd edib ki, qiyabi qərarlarda tələskənliyə yol verilib. Söhbət bəzi "oğru”ların iştirakı olmadan onlar haqqında çıxarılan qərarlardan gedir. 

"Oğru dünyası”ndakı parçalanmanın dərinləşməsi də məhz qiyabi qərarlar üzündən baş verib. Halbuki, "oğru qaydaları”na görə şəxsin iştirakı olmadan, onu dinləmədən barəsində hər hansı qərar çıxarmaq, hökm vermək qəbuledilməzdir. 

Son illər bu qayda arxa plana keçmişdi. Münaqişədə olan kriminal avtoritetlər bir-birləri haqqında qiyabi qərarlar çıxarır, bu qərarla münaqişə həbsxanalara daşınır, məhbuslar üz-üzə qoyulur və beləliklə kriminal dünyada parçalanma dərinləşirdi.

Təsadüfi deyil ki, "Şakro Molodoy" müraciətində "oğru dünyası”ndakı mövcud vəziyyəti kollaps adlandırıb.

Onun müraciətində mühüm məqamlardan biri də "oğru” titulu ilə bağlıdır. "Şakro Molodoy" hesab edir ki, birtərəfli qaydada, qohumluq əlaqələrinə və klançılıq prinsiplərinə əsasən "oğru” titulu alanların məsələsinə yenidən baxılmalıdır. "Oğru dünyası” Zaxari Kalaşovun bu fikrini dəstəkləsə, o zaman xeyli sayda kriminalitet "oğru” titulundan məhrum ola bilər. 

Məlumat üçün deyək ki, "oğru dünyası”ndakı parçalanma 2008-ci ildən başlayıb. İddialara görə, münaqişənin əsasını gürcü əsilli "oğru”lar Merab Canqveladze (Merab Suxumski) və Tariel Oniani (Taro) qoyub. Bu münaqişə Vyaçeslav İvankov (Yaponçik) və Aslan Usoyan (Ded Xasan) kimi nüfuzlu "oğru”ların belə öldürülməsi ilə nəticələnib. 
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

"Şakro Molodoy"dan “oğru”lara sensasion müraciət - Kriminal dünya birləşir?

Rusiyada həbsdə olan gürcü əsilli nüfuzlu "oğru” Zaxari Kalaşov (Şakro Molodoy) "oğru dünyası”na sensasion müraciət edib.  Sfera.az  xəbər verir...

Sevgilisini öldürərək iki gün evində gizlədən Sərdar: "Pərvini heç vaxt öpməmişəm"

Ötən ilin fevralın 19-da Gəncədə ondan ayrılmaq istəyən sevgilisini öldürərək tullantı qutusuna atan 21 yaşlı Sərdar Cəfərov dəhşətli qətlin detalları, meyiti i...

Basdırılan meyit Nərminin deyilmiş? - Məhkəmədə sensasion iddialar, prokurorluq AÇIQLAMA YAYDI

Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət bildirib. Qurumun Mətbua...

Xəstəxana direktoru rüşvət alarkən belə saxlanıldı - VİDEO

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynalov Mübariz Ağakərim oğlunun saxlanılmasının görüntüləri yayılıb.  Videoda Baş prokuror yanında Kor...

Azərbaycanlı avtoritet bu şəhərə nəzarəti ələ keçirdi:“Xalilulin” məhv edildi

Rusiyanın Çelyabinsk vilayətinə nəzarət azərbaycanlı kriminal avtoritet İlham Osmanovun əlinə keçib.   Sfera.az-ın yerli KİV-ə istinadən məlumatına görə...

Polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın övladlarından XƏBƏR VAR

Polis əri tərəfindən şöbədə qətlə yetirilən Xanım Məmmədovanın övladlarından xəbər var. Sfera.az bildirir ki, bu barədə oxu.az-a onun qardaşı Aqil Əliyev ...