Şagirdlər arasında xəstəlik artır - Dərslər distanta keçəcək? - RƏSMİ AÇIQLAMA

Şagirdlər arasında xəstəlik artır - Dərslər distanta keçəcək? - RƏSMİ AÇIQLAMA
Hazırda ölkədə fəaliyyət göstərən orta təhsil ocaqlarında şagirdlər arasında yoluxma halları artıb. Müəyyən məktəblərin siniflərində şagirdlər arasında yoluxma simptomları (yüksək hərarət, öskürək və s.) müşahidə edilir.

Sfera.az  xəbər verir ki, bu vəziyyət valideynlərin haqlı narazılığına səbəb olub. Virusa yoluxan şagirdlər ənənəvi tədrisi davam etdirərək digər məktəbli yoldaşlarını da yoluxdururlar. Vəziyyət belə olan halda sual yaranır: bu cür məktəbələrdə ənənəvi tədris yenidən distant təhsillə əvəz oluna bilərmi?

Qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov  açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalara uyğun olaraq ümumtəhsil müəssisələrində təhsilalan və təhsilverənlər arasında COVİD-19-a yoluxma halları baş verdikdə yoluxmanın miqyasından asılı olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə tədrisin forması dəyişdirilərək distanta keçirilir.

Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan 60 000 sinfin cəmi 28-i və 4 400-dən artıq məktəbin cəmi biri distant formada tədris aparır.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Prezidentdən xaricdə təhsillə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq ...

Bu məktəb də əyani tədrisə qayıtdı

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məktə...

Məktəblər bağlanacaq? - Rəsmi cavab

Ölkədə koronavirusa yoluxma hallarının psixoloji həddi keçməsi bəzi müəssisələrdə qapanmaların olacağı haqqında məlumatların yayılmasına səbəb olub. Artıq bir n...

Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir. Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır. 39 min...

Təhsil kreditini kimlər ala bilir? - AÇIQLAMA

Ödənişli və əyani təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fondundan kredit ala bilər. Sfera.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun r...

Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Son sutkada COVID-19 infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb. Sfera.az  ...