Prezidentdən xaricdə təhsillə bağlı SƏRƏNCAM

Prezidentdən xaricdə təhsillə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sfera.az  xəbər verir ki, Sərəncamda deyilir:

"1. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

OXŞAR XƏBƏRLƏR

Prezidentdən xaricdə təhsillə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq ...

Bu məktəb də əyani tədrisə qayıtdı

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məktə...

Məktəblər bağlanacaq? - Rəsmi cavab

Ölkədə koronavirusa yoluxma hallarının psixoloji həddi keçməsi bəzi müəssisələrdə qapanmaların olacağı haqqında məlumatların yayılmasına səbəb olub. Artıq bir n...

Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir. Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır. 39 min...

Təhsil kreditini kimlər ala bilir? - AÇIQLAMA

Ödənişli və əyani təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fondundan kredit ala bilər. Sfera.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun r...

Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Son sutkada COVID-19 infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb. Sfera.az  ...