Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi BİLİNDİ

Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi BİLİNDİ
Ermənistan Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun ötən gecə Bakıdan İrəvana apardığı meyitin kimliyini açıqlayıb.

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ötən gecə general Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.

Ermənistan Müdafiə Nazirliyi daha əvvəl Rusiya tərəfinin vasitəçiliyi ilə əsir düşən əsgərlərin geri qaytarılması üçün danışıqların aparıldığını bildirmişdi.

"Noyabrın 16-da baş vermiş döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, - deyə nazirlikdən bu məsələ ilə bağlı vaxtaşırı açıqlamalar veriləcəyini bildiriblər.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda onların 2 ölüsü var, 24 nəfərin taleyi məlum deyil, daha 13 nəfər əsirlikdədir.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan  Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, döyüşlər nəticəsində 2 post Azərbaycan ordusunun nəzarətinə keçib.

Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da qatəşkəs elan olunub.
 
(modern.az)

OXŞAR XƏBƏRLƏR

Rüstəm Muradovun Bakıdan İrəvana apardığı meyitin kimliyi BİLİNDİ

Ermənistan Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun ötən gecə Bakıdan İrəvana apardığı meyitin kimliyini aç...

Facebook-dan xəbərdarlıq: COVİD-19-la bağlı paylaşımlara görə cəzalar olacaq

"Facebook” Covid-19 peyvəndləri haqda özündə təsdiqlənməmiş məlumatları əks etdirən paylaşımları avtomatik siləcəyini elan edib. Sfera.az xəbər verir ki,...

Düşmənin itkiləri 10 minə yaxınlaşır... - Cəbhə erməni cəsədiylə doludur

Prezident İlham Əliyev Rusiyanın "İnterfaks” agentliyinə müsahibədə sensasion bir məsələni də dünyanın diqqətinə çatdırıb. Ölkə başçısı Ermənistanın döyüş meyda...

Generalların doğulduğu yerlər də işğaldan azad edildi

Azərbaycan Ordusu işğal altında olan torpaqları, rayonları azad etmək üçün hərbi əməliyyatları davam etdirir. Ordu birliklərinə rəhbərlik edən iki general isə 2...

Ermənilər Paşinyanın qızını bu paylaşımına görə qınadı: “Xəyallarımız puç oldu…”

Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. Mariam "Facebook” profil...

Ermənilərin yazışması ələ keçirildi: “Hər gün 100 cəsəd göndərin, amma..."

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə o...