Rusiyanın “Z” hərfi olan tankları Azərbaycana qarşı da istifadə olunubmuş - FOTOFAKT

Rusiyanın “Z” hərfi olan tankları Azərbaycana qarşı da istifadə olunubmuş - FOTOFAKT
2020-ci ildə  Qarabağ müharibəsində Ermənistanın Putinin "Z” ordusuna aid tanklarından Azərbaycan qüvvələrinə qarşı istifadə etdiyi iddia edilib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

2020-ci il sentyabrın 27-də başlayan Qarabağ müharibəsi düz 44 gün davam edib. Azərbaycan ordusu Qarabağı işğaldan azad etməyə nail olub və Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da müharibə başa çatıb. Müharibənin bitməsindən uzun zaman keçsə də Rusiyanın Ukraynaya hücumu ilə ortaya mühüm bir detal çıxıb.

Sosial şəbəkələrdə əks olunan görüntülərdə bölgədə qarşıdurmaların davam etdiyi bir vaxtda erməni qüvvələrinin üzərində "Z” hərfi olan tanklardan Azərbaycan ordusuna qarşı istifadə etdiyi iddia edilib. İddialara görə, Ukraynanın işğalından əvvəl mənası bilinməyən "Z” hərfi o günlərdə diqqətdən yayınıb.

Qeyd edək ki, Vətən Müharibəsindəki qələbədən sonra 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında Zəfər paradı keçirilmişdi. Paradda  müharibədə qənimət götürülmüş Ermənistan ordusuna məxsus texnikaların bir qismi də nümayiş etdirilmişdi. Həmin texnikalardan bəzilərinin üzərində də "Z” hərfi var.



Rusiya-Ukrayna savaşında gündəmə gələn "Z” hərfinin mənası ilə bağlı çoxlu iddialar irəli sürülüb. Ölkənin qərb bölgəsindəki qüvvələr üçün "Z” hərfi, şərq bölgəsində xidmət edən əsgərlər üçün isə "V” hərfi istifadə olunur. Qərb Hərbi Dairəsi (Западный военный округ) adlanır. Bu sözün abbreviaturası "ЗВО” və ya latın hərflərindəki "ZVO” kimi yazılır. Bu səbəbdən Qərb Hərbi Dairəsinin texnikası üzərində "Z” hərfi qeyd olunur.

(yeniavaz)



OXŞAR XƏBƏRLƏR

Rusiyanın “Z” hərfi olan tankları Azərbaycana qarşı da istifadə olunubmuş - FOTOFAKT

2020-ci ildə  Qarabağ müharibəsində Ermənistanın Putinin "Z” ordusuna aid tanklarından Azərbaycan qüvvələrinə qarşı istifadə etdiyi iddia edilib. Sfe...

Ermənistandan Azərbaycanla bağlı SÜLH BƏYANATI

Ermənistanın Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb. Sfera.az xəbər verir ki, bəyanatda deyilir:  "Təhlükəsizl...

“Ermənistan Laçın dəhlizi vasitəsilə bölgəyə hərbçilər göndərir” - RƏSMİ AÇIQLAMA

"Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ b...

Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub? - RƏSMİ AÇIQLAMA

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb...

Ərdoğan Azərbaycanla imzalanmış sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrın 28-də Ankarada Azərbaycanla imzalanan sazişi təsdiqləyib. Sfera.az xəbər verir ki, sənəd "Res...

"Kasıb insanların malına göz dikmişdilər" - Prezident həbs olunan icra başçılarından danışdı

"Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən q...