Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

12:36 / 04.05.2022
1365
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, yeni sanksiya paketində Rusiyanın ən böyük dövlət kommersiya bankı olan "Sberbank”ın SWIFT sistemindən çıxarılması da nəzərdə tutulur.
"Biz, nəhayət, "Sberbank”ı SWIFT sistemindən ayırırıq”, - deyə Leyen bildirib.
O həmçinin qeyd edib ki, yeni sanksiya paketində daha 2 böyük rus bankına qarşı sanksiyanın tətbiqi təklif edilir.
Vasif
Sfera.az