Rusiyadan Xəzərdən atılan raketlə bağlı açıqlama

Rusiyadan Xəzərdən atılan raketlə bağlı açıqlama
"Xəzər donanmasında ballistik raketlər mövcud deyil".
 

Rusiya Müdafiə Nazirliyi Suriyada hospitala aviazərbələr endirilməsi barədə Türkiyənin ittihamlarını təkzib edib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi general İqor Konaşenkov xəbər verib.

Onun sözlərinə görə, rəsmi Ankaranın Rusiyanın Xəzər dənizi donanmasına aid gəmidən ballistik raketlərlə atəş açmasına dair məlumatları həqiqətə uyğun deyil.

İqor Konaşenkov - Rusiya MN nümayəndəsi
İqor Konaşenkov - Rusiya MN nümayəndəsi

"Ukraynada səfərdə olan baş nazir Əhməd Davudoğlu Rusiyanın guya Xəzər dənizinin akvatoriyasından İdlib əyalətində xəstəxananı ballistik raketlə vurması haqqında danışıb.

"Bildirmək istəyirəm ki, Xəzər donanmasının tərkibində olan heç bir gəmidə ballistik raketlərin atılmasını həyata keçirən sistem yoxdur”, - deyə İqor Konaşenkov bildirib.

Xəstəxanaya düşən raket.
Xəstəxanaya düşən raket.

"Suriyanın ayrı-ayrı yerlərində xəstəxana və məktəbin güya atəşə tutulması barədə yayılan hər iki xəbərin ilkin məlumatları bir yerdən gəlir  - Qaziantep, Türkiyə. Bu barədə informasiya yazan saxtakarlar görünür ki, müəlliflər və ya saytın redaktorlarının diqqətsizliyi üzündən mənbə yeri dərc edilib", - deyə general qeyd edib.

Konaşenkov bildirib ki, fevralın ortasından Türkiyə Suriyanı atəşə tutmağa başlayıb.

Əhməd Davudoğlu və Arseni Yatsenyuk
Əhməd Davudoğlu və Arseni Yatsenyuk

"Keçən həftənin sonundan Türkiyə böyuk kalibrli artilleriyadan Suriya hökumət qoşunlarına, həmçinin sərhəd rayonlarında olan "vətənpərvər müxalifət dəstələrinə" artilleriya zərbələri endirir", - Konaşenkov deyib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynanın baş naziri Arseni Yatsenyuk ilə görüşündə bildirib ki, Rusiya Xəzərdən buraxdığı raketlərlə Suriyada məktəb və xəstəxanaya zərbə endirib. Rusiya Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz rayonuna havadan 10 raket zərbəsi endirib. Rus döyüş təyyarələrinin bombardmanı nəticəsində raketlərdən biri uşaq xəstəxanasının yaxınlığına  düşüb.


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...