Rusiya kosmosdakı hədəfləri vurmağa qadir raket kompleksini sınaqdan keçirdi - İLK DƏFƏ

Rusiya kosmosdakı hədəfləri vurmağa qadir raket kompleksini sınaqdan keçirdi - İLK DƏFƏ
Rusiya ilk dəfə S-500 "Prometey” zenit-raket kompleksini sınaqdan keçirib.

Sfera.az ölkə mətbuatına istinadən xəbər verir ki, sınaqların keçirilməsi göstərişini şəxsən Rusiya prezidenti Vladimir Putin verib. Amerikanın CNBC kanalı öz mənbələrinə istinadən Rusiyanın S-500-ləri gizli sınağını keçirdiyini bildirmişdi. Kanalın məlumatına görə, idarə olunan zenit raketi 480 km məsafədə yerləşən hədəfi uğurla vura bilib. 

S-500 "Prometey” yaxın bir neçə ildə Rusiya HHM və raket müdafiə sisteminin əsas sistemi olmalıdır. 500 km radiusda raket hipersəs sürətində hədəfləri, həmçinin yaxın kosmosda yerləşən - 250 km hündürlükdəki obyektləri vurmağa qadirdir.

Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR