Rusiya ən ucuz nefti ixrac edir - Qiyməti daha da düşəcək

Rusiya ən ucuz nefti ixrac edir - Qiyməti daha da düşəcək
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin neft ixracını da çətinləşdirdiyindən şimal qonşumuzun satdığı "qara qızıl”ın daha çox ucuzlaşmasına səbəb olur.

Sfera.az bildirir ki, ötən cümə günü birjalarda neft qiymətləri əsasən 100-110 dollar aralığında dəyişib. Amma Rusiyanın ixrac etdiyi neft markalarının dəyəri 73-93 dollar səviyyəsinə düşüb.

Son məlumatlara əsasən, Rusiyanın Şərqi Sibir (ESPO) neftinin dəyəri 73,7 dollar olub. Bu marka neft martın 9-da 111 dollara, martın 24-də 91 dollara, martın 31-də isə 79,3 dollara alıcı tapırdı. Son 20 gündə ESPO markalı neft 37,3 dollar, yəni 34 faiz ucuzlaşıb.

Şərqi Sibir neftinin əsas alıcılarından biri ABŞ idi. ABŞ rus neftindən imtina etdikdən sonra ESPO-da ucuzlaşma güclənib.

Müqayisə üçün bildirək ki, bu dövrdə Azərbaycanın satdığı ("Azeri Light”) neftin qiyməti 135 dollardan 112 dollara qədər geriləyib. "Azeri Light” neftində ucuzlaşma 23 dollar və ya 17 faiz olub.

Rusiyanın ixrac etdiyi SOKOL nefti martın 8-dən bəri 114 dollardan 93 dollara qədər ucuzlaşıb. Bu marka neft 18,4 faiz dəyər itirib.

"Urals” markalı rus neftinin qiyməti isə martın əvvəlindən indiyə qədər 16,3 faiz ucuzlaşaraq 83 dollara satılır.

Ümumilikdə, Rusiyanın ixrac etdiyi neft ən ucuz neftə çevrilib. Hazırda rus neftindən ucuz neftə rast gəlinmir. Rusiyaya qarşı sanksiyaların tətbiq müddəti uzandıqca və rus neftinin ixracı azaldıqca, şimal qonşumuz xammalını daha aşağı qiymətə təklif etməyə məcbur qalacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq

"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşm...

Kitabların ƏDV-dən azad edilməsinin hansı müsbət təsirləri olacaq? - Ekspertdən açıqlama

"Azərbaycan dilində lazımi kitabların tapılmaması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır”.   Sfera.az-ın məl...

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI

Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr ü...

Maaş və təqaüdlər yenidən ARTA BİLƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Dünən "Bre...

Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb. ...

Avropa rus kömüründən və neftindən imtina edir - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) ölkələri bu yay Rusiyadan kömür idxalından, ilin sonunda isə Rusiyadan neft idxalından imtina edəcək. Sfera.az xəbər verir ki, bu açı...