Rublun bahalaşması davam edir – Məzənnə sanksiyalardan əvvəlki səviyyəyə qayıtdı

Rublun bahalaşması davam edir – Məzənnə sanksiyalardan əvvəlki səviyyəyə qayıtdı
Sanksiyalardan sonra xeyli ucuzlaşan Rusiya rublunun məzənnəsi bütün itkilərini geri qaytarıb.

Sfera.az xatırladır ki, fevralın ortalarında bir dollar 75 rubla dəyişdirilirdi. Müharibəyə başlanılmasından qısa müddət sonra tətbiq edilən sanksiyalarla əlaqədar dollar 153 rubla qədər bahalaşdı. Amma martın 7-dən etibarən Rusiyada dollar ucuzlaşaraq məzənnə əvvəlki səviyyəyə qayıdıb.

Bu gün birjalarda dollar daha 4 faiz ucuzlaşaraq 76,4 rubla düşüb. Bununla da dolların ucuzlaşması apreldə 7 faizdən çox, son bir ayda isə 50 faizdən çox olub.

Rublun bahalaşması Rusiya Mərkəzi Bankının və Maliyyə Nazirliyinin sərt tədbirlərindən sonra müşahidə edilir. Mərkəzi Bank uçot dərəcəsin 2 dəfədən çox artıraraq 20 faizə çatdırıb, həmçinin dollar və avro satışı ölkə daxilində məhdudlaşdırılıb.

Digər bir qərara əsasən martın əvvəlindən xarici və yerli vətəndaşların ölkədən 10 min dollardan çox məbləğdə xarici valyuta aparması qadağan edilib, rus vətəndaşlarına xarici valyuta ilə başqa ölkələrə pul köçürülməsinə icazə verilməyib. Düzdür, apreldən xaricə pul köçürülməsinə icazə verilsə də, məhdudiyyət tətbiq olunub, dost olmayan ölkələrə isə pul köçürülməsi 9 sentyabra qədər qadağan edilib.

Bunlardan başqa Rusiya Maliyyə Nazirliyi dövlətin xarici valyutada olan borcları üzrə ödənişləri də rublla həyata keçirməyə başlayıb. Rusiyanın xarici borcları milli valyutada ödəməsi qarşı tərəfdən qəbul olunmasa da rəsmi Moskva bu qərarını dəyişmək istəmir.

Məzənnə dəyişikliyinə təsir edən digər mühüm məqam Rusiyanın mal və xidmət idxalının azalmasıdır. Sanksiyalar səbəbindən, eyni zamanda hökumətin yaratdığı süni maneələrlə əlaqədar Rusiyaya dost olmayan ölkələrdən mal və xidmət idxalı azalır. İdxalın azalması xarici valyutaya tələbin zəifləməsinə şərait yaradır. Buna görə də son bir ayda Rusiyada dolların ucuzlaşması prosesi baş verir.
 
Ekspert qiymətləndirmələrinə əsasən, Rusiya milli valyutasının sanksiyalar şəraitində dəyər qazanmasına neft və qazın bahalaşması da kömək edir. Əgər neft və qaz ucuzlaşarsa, yaxud Rusiyadan neft və qaz idxalı sürətlə azaldılarsa, o halda, rublun yenidən ucuzlaşma ehtimalı böyükdür.
 
Vasif
Sfera.az







 

OXŞAR XƏBƏRLƏR

Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq

"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşm...

Kitabların ƏDV-dən azad edilməsinin hansı müsbət təsirləri olacaq? - Ekspertdən açıqlama

"Azərbaycan dilində lazımi kitabların tapılmaması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır”.   Sfera.az-ın məl...

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI

Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr ü...

Maaş və təqaüdlər yenidən ARTA BİLƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Dünən "Bre...

Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb. ...

Avropa rus kömüründən və neftindən imtina edir - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) ölkələri bu yay Rusiyadan kömür idxalından, ilin sonunda isə Rusiyadan neft idxalından imtina edəcək. Sfera.az xəbər verir ki, bu açı...