Rio-2016: İki idmançımız finalda!

Rio-2016: İki idmançımız finalda!

Bu gün Rio Olimpiadasında daha iki avarçəkənimiz start xəttinə çıxıb.

 

Publika.az xəbər verir ki, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya finala yüksəliblər.

 

Belə ki, öncə Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə təsnifat mərhələsində yarışıb. Dördüncü seçmə qrupda mübarizə aparan Demyanenkonun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olub. Təmsilçimiz 200 m məsafəni 39,749 saniyəyə qət etməklə, nəinki yürüşün, bütün mərhələnin ən yaxşısı kimi yarımfinala yüksəlib.

 

Demyanenko yarımfinal mərhələsində 3-cü seçmə qrupda mübarizə aparıb. 5-ci zolaqda çıxış edən dünya və Avropa çempionumuzun rəqibləri Stefan Kiray (Almaniya), Zaza Nadiradze (Gürcüstan), Helder Silva (Portuqaliya), Conatan Haydu (Macarıstan), Yuri Çeban (Ukrayna), Mark Olderşou (Kanada) olub. Təmsilçimiz 40,298 saniyə ilə yürüşdə yalnız gürcüdən geri qalıb. Ümumi sıralamada isə 5-ci yerlə finalda iştirak hüququ qazanıb.

 

Həlledici yürüş sabah saat 16:23-də olacaq. Onun rəqibləri Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simart (Fransa) olacaq. Kraytor idmansevərlərimiz üçün tanış simadı. Azərbaycan yığmasının sabiq üzvü olan kanoeçi Olimpiadaya son anda buraxılıb.

 

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə gücünü 500 metr məsafədə sınayır. Dördüncü seçmə qrupda çıxış edən xanım idmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.

 

Milliləşdirilmiş legionerimiz finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla, 4-cü yürüşün deyil, təsnifat mərhələsinin birincisi olub. O, ən yaxın izləyicisini 0,443 saniyə qabaqlayıb.

 

İnna yarımfinal mərhələsində 3-cü seçmə qrupda çıxış edib. 5-ci zolaqda çıxış edən təmsilçimizin rəqibləri Spela Ponomarenko Yaniç (Sloveniya), Rayçel Kautorn (Böyük Britaniya), Bricet Ellen Hartli (CAR), Emili Furnel (Kanada), Tereza Portela (Portuqaliya), Fransiska Veber (Almaniya) olub. Finişə 1 dəqiqə 57,627 saniyəyə çatan kayakçımız yalnız Veberdən geri qalıb. Yürüşün 2-cisi kimi finala vəsiqə qazanan Osipenko-Radomskaya mərhələdə 9-cu nəticə göstərib. Lakin daha yaxşı nəticəyə malik idmançıların öz qruplarında aşağı pillələrdə qərarlaşması təmsilçimizi həlledici mərhələyə daşıyıb.

 

Final mərhələsinin yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.



OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...