RAYONLARA ZƏNG ETMƏK PULSUZ OLDU - LİMİTSİZ DANIŞIN!

RAYONLARA ZƏNG ETMƏK PULSUZ OLDU - LİMİTSİZ DANIŞIN!
Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.

Xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.

Nazirlikdən BiG.AZ-a bildirilib ki, "585 - Daşınan şəhər telefon nömrəsi” xidməti bir çox üstünlüklərə malikdir. Belə ki, "585 - Daşınan şəhər telefon xidməti” çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də "585” indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.

Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.

Bu telefon nömrələrini əldə etmək üçün əvvəlcə "585” prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Xidmətdən istifadə etmək istəyənlər bunun üçün yaşayış yeri və qeydiyyatda olduğu ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlidirlər. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə, bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.

Bildirilib ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.

"Aztelekom” MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən "585” prefiksi telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında "585” prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...