Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb. 
Qarabağ münaqişəsinin hələ də qaldığını iddia edən Qriqoryan əlavə edib ki, məsələnin həllini ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürlər və Azərbaycanla bunu müzakirə edəcəklər. 
 
Maraqlıdır, Qriqoryanın bu açıqlaması nəyə hesablanıb? Təhlükəsizliyin təmin olunması dedikdə qarşı tərəf hansı təklifi nəzərdə tutur?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Tofiq Abbasov Ermənistan tərəfinin belə bir açıqlama verməsinin arxasında bir məsələnin dayandığını bildirib:
 
"Ermənistanın Təhlükəsizlik Şurasının rəhbərinin dedikləri aktual olmayan və gündəlikdən kənar istəklərdir. Çünki Azərbaycan torpağında yaşayan hər bir insanın, o cümlədən ermənilərin hüquqlarının təminatçısı Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Bu, həm də dövlət başçısının konstitusiyadan irəli gələn borcudur. Ermənistanda hakimiyyətə kim gəlir gəlsin, onlar heç nə edə bilməyəcəklər. Ermənistan XİN rəhbəri yaxud baş nazir Nikol Paşinyan bu məsələləri qabartmaqla dünyada yaşayan ermənilərinə göstərmək istəyirlər ki, guya onlar Azərbaycanla prinsipial tərzdə münasibətlər qururlar”. 

Politoloq Ermənistanın indiki məqamda yalnız bir bəyanat verməsinin doğru olduğunu diqqətə çatdırıb:

"Lakin Azərbaycan üçün bu məsələnin önəmi yoxdur. Ermənistanın Qarabağda qalıqları Azərbaycana pənah gətirmək istəyirsə, heç bir problem olmayacaq. Əgər onlar silahdan, dağıdıcılıqdan uzaq olsalar, hüquqları təmin olunacaq. Qarabağ bölgəsi artıq bərpa olunur və ermənilərin  orada olması bizim üçün problem yaratmır. Ermənistan rəhbərliyinin bu istiqamətdə açıqlama verməsi çox mənasızdır, çünki bizim gündəliyimiz tamamilə başqadır. Bu açıqlama Ermənistanın daxili auditoriyasına hesablanıb. Ermənistanın indiki məqamda ancaq sülh sazişini imzalamağa hazır olduğu ilə bağlı bəyanat verməsi lazımdır”.   

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...