Qərb Rusiyanı bu cür çökdürür – ŞOK PROQNOZ

Qərb Rusiyanı bu cür çökdürür – ŞOK PROQNOZ
Rusiya ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyaların təzyiqi fonunda təxminən 30 ilin ən dərin iqtisadi tənəzzülü ilə üzləşəcək.

Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg” sözügedən qiymətləndirmə ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Maliyyə Nazirliyinin proqnozuna görə, bu il Rusiyanın ÜDM-i 12% azala bilər. Eyni zamanda, Maliyyə Nazirliyi əvvəllər ÜDM-in 8% azalacağını gözləyirdi.
 
Proqnozlarla tanış olan mənbənin fikrincə, Xəzinədarlığın proqnozu düzgün çıxsa, bu, təxminən 10 illik iqtisadi artımı sıradan çıxara bilər.

Rusiya Federasiyası Mərkəzi Bankı isə 2022-ci ildə Rusiya ÜDM-nin 8-10%, 2023-cü ildə 0-dan 3% intervalında azalma, yalnız 2024-cü ildə artımın 2,5-3,5% azalacağını proqnozlaşdırır.

"Əsas çatışmazlıqlar neft embarqosu, Aİ-nin Rusiya qazından imtina etməsi, eləcə də beynəlxalq şirkətlərin xaricə axınının artmasıdır. Bütün bunlar çox güman ki, 2023-cü ilə qədər tədricən genişlənəcək” – Moskvadakı BCS maliyyə qrupunun baş iqtisadçısı Natalya Lavrova bildirib.

Bu amilləri nəzərə almadan və yalnız mövcud sanksiyalara əsaslanaraq, o, 2022-ci ildə 10,8%, 2023-cü ildə isə təxminən 5% daralma proqnozlaşdırır.
"İnterfax”ın yaydığı xəbərə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Rusiyanın ÜDM-nin 10% azalacağını, 2023-cü ildə isə dinamikanın sıfır olacağını proqnozlaşdırır. 

AYİB-nin bu gün açıqladığı yeni qiymətləndirməsi bankın 31 mart tarixinə olan proqnozu ilə eynidir.

AYİB-nin proqnozlarına görə, Ukraynanın ÜDM-nin azalması 2022-ci ildə 30% ola bilər ki, bu da bankın mart ayı gözləntilərindən (20% azalma) xeyli aşağıdır. Eyni zamanda, AYİB 2023-cü ildə Ukrayna iqtisadiyyatında əhəmiyyətli bir canlanma gözləyir – birdən-birə 25% artım (martda 2023-cü il üçün proqnoz 23% artım nəzərdə tuturdu). Burada əhəmiyyətli bərpa işlərinin aparılması nəzərdə tutulur.

AYİB-nin proqnozunda bildirilir ki, Belarusun ÜDM-i isə 2022-ci ildə 4% azalacaq (martda bank Belarus iqtisadiyyatının 2022-ci ildə 3% azalacağını proqnozlaşdırmışdı), 2023-cü ildə sıfır iqtisadi dinamika gözlənilir (proqnoz mart ayından bəri dəyişməyib).

İqtisadi İnkişaf Nazirliyinin ilkin proqnozuna görə, Rusiya iqtisadiyyatının 2022-ci ildə baza ssenaridə 8,8%, mühafizəkar ssenaridə 12,4% geriləməsi gözlənilir. Nazirliyin əsas ssenarisinə əsasən (hələ razılaşdırılma və müzakirə mərhələsindədir) Rusiya Federasiyasının 2023-cü ildə ÜDM-nin artımı 1,3%, 2024-cü ildə 4,6%, 2025-ci ildə 2,8% səviyyəsində gözlənilir.
Bundan əvvəl bildirilib ki, yaxın 1,5-2 il ərzində Rusiya Federasiyası və onun iqtisadiyyatı "çox çətin vəziyyətdə” olacaq. Eyni zamanda, dünya ölkələri Rusiya əleyhinə güclü iqtisadi sanksiyalar tətbiq etməkdə davam edir. Aİ və ABŞ artıq Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlayır. Buraya Rusiya nefti ilə bağlı bənd daxildir./Publika.az/

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Prezident xarici borcun həcmini AÇIQLADI

"Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır”.   Sfera.az xəbər verir ki, bu...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Azərbaycan Prezidenti israilli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. ...

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ...