"Qarabağ"ın sabiq qapıçısı karyerasını bitirdi
16:57 / 16.03.2022
860
"Qarabağ"ın və İslandiya millisinin sabiq qapıçısı Hannes Halldorsson karyerasını bitirib.
Sfera.az , 38 yaşlı qolkiper bu barədə tviter hesabında paylaşım edib.
Halldorsson 31 il futbolla məşğul olduğunu xatırladıb. Qapıçı karyerası ərzində ona dəstək olan ailəsinə, sabiq komanda yoldaşlarına və məşqçilərinə təşəkkürünü bildirib.
Təcrübəli oyunçu son olaraq ölkəsində "Valur"un formasını geyinib.
Qeyd edək ki, Hannes Halldorsson 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.
(report)