"Qarabağ"ın oyunu təxirə salındı

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Qarabağ” klubu yarışın play-off mərhələsində Fransanın "Marsel” klubu ilə qarşılaşacaq.

Sfera.az  xəbər verir ki, 17 fevral tarixdə Fransada, 24 fevral tarixdə Azərbaycanda meydana çıxacaq "Qarabağ” klubu vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Azərbaycan Premyer Liqasının XVI turunda 20 fevral tarixdə "Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.

Peşəkar Futbol Liqası "Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və "Sumqayıt” klubunun razılığını rəhbər tutaraq aşağıdakı qərarı qəbul edib: Azərbaycan Premyer Liqasının XVI turunun "Qarabağ” – "Sumqayıt” oyunu 20 fevral tarixindən 12 may tarixinə təxirə salınsın.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...