"Qarabağ"ın 3 futbolçusu "Neftçi" ilə oyunu buraxacaq

"Qarabağ" səfərdə "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına ciddi itkilərlə çıxacaq.

Sfera.az xəbər verir ki, Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, "köhlən atlar"ın heyətində zədəlilər - Şahruddin Məhəmmədəliyev və Xayme Romero ilə yanaşı, Patrik Andrade də oynaya bilməyəcək. Sarı vərəqə limitini dolduran 29 yaşlı kabo-verdeli yarımmüdafiəçi cəzalı olduğu üçün vacib oyunu buraxacaq.

"Neftçi"də isə əvəzedici heyətə göndərilmiş Mirbadulla Abbasov və zədəli Aqil Məmmədovu nəzərə almasaq, heç bir itki yoxdur.

Qeyd edək ki, fevralın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...