"Qarabağ"dan ayrılan futbolçu Polşanın IV liqa klubuna keçdi

"Qarabağ"ın əvəzedici komandasının sabiq futbolçusu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.

Sfera.az  xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi IV liqada mübarizə aparan "Oskar" klubuna keçib. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

"Qarabağ-2"nin baş məşqçisi Cavad Mirzəbəyli "Report"a açıqlamasında bildirib ki, gənc oyunçu sonuncu dəfə 2020/2021 mövsümündə "Qarabağ-2"də çıxış edib: "Ötən yay sözləşməsi başa çatdığından, yollarımızı ayırdıq. Çünki əsas heyətə düşə bilməyəcəyini bilirdik. Özünə də dedik ki, oynaya biləcəyi komandaya keçsin. Digər tərəfdən, yaş amili də var. Aşağıdan yeni futbolçular gəlirdi".

Mütəxəssis Abbaszadənin "Qarabağ-2"dən ayrıldıqdan sonra klubsuz qaldığını söyləyib. Mirzəbəylinin sözlərinə görə, yarımmüdafiəçinin potensialı onun yüksək liqada çıxış etməsinə imkan verməsə də, IV liqada oynaya bilər.

Qeyd edək ki, Riad Abbaszadə daha əvvəl "Şüvəlan", "Keşlə-2" komandalarının formasını geyinib və aşağı dəstədə ümumilikdə 3 qol vurub. O, Azərbaycanın 15 və 19 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alıb.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...