“Qarabağ” bugünkü oyunda nələr edə bilər? - Mümkün erməni təxribatı...

“Qarabağ” bugünkü oyunda nələr edə bilər? - Mümkün erməni təxribatı...
"Marsel" bu mövsüm "Qarabağ"ın qarşılaşdığı ən çətin rəqib olacaq. Komanda hazırda Fransa Liqasında PSJ-dən sonra 2-ci yeri tutur. Heyətində çox güclü oyunçuları var. Çengiz Ünder (Türkiyə millisi), Arkadiuş Milik (Polşa), Dimitri Payet (Fransa), Bubakar Kamara, bugünlərdə Seneqal millisinin heyətində Afrika çempionu olmuş Pape Qeye, Bamba Dienq və s”.
 
Sfera.az xəbər verir ki bu sözləri, İdman jurnalisti Aydın Bağırov UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" "Marsel" oyununu şərh edərkən deyib.

Onun sözlərinə görə, qarşılaşmanın favoriti "Marsel” olsa da, mənə elə gəlir ki, matçın taleyi Fransada deyil, Bakıdakı cavab oyununda həll olunacaq:
"Azərbaycan komandası indi tarixinin ən yaxşı dönəmini keçirir, oyundan oyuna inkişafa doğru gedir. Məlumdur ki, "Qarabağ” ilk dəfədir qrup səddini keçib. Qrupun oyunları dekabrda bitib, pley-off fevralda başlayır. Bu o deməkdir ki, rəqibi daha dərindən öyrənmək, təhlil etmək, matça yaxşı hazırlaşmaq baxımından baş məşqçi Qurban Qurbanovun 2 aylıq uzun bir vaxtı olub. İlk dəfədir ki, bir Azərbaycan klubunun avrokubokdakı matça hazırlığı üçün belə uzun zaman yaranıb. Ona görə də düşünürəm ki, hətta 1 qollu minimal hesablı məğlubiyyət belə, "Qarabağ” üçün pis nəticə sayılmamalıdır (heç-heçə və qələbə isə əsl sensasiya olar). Çünki cavab görüşü Bakıda olacaq və güclü azarkeş dəstəyi ilə də rəqibi keçmək mümkündür. Əsas odur ki, "Bazel”lə İsveçrədəki görüşdəki kimi nəticəyə təsir göstərən, böyük hesablı yenilgiyə gətirib çıxaran hakim səhvi olmasın”.

A. Bağırov qeyd edib ki, rəqibin gücü, Fransada mümkün erməni təxribatının olacağına dair versiyalar komandanın fikrini oyuna kökləməkdən yayındıra bilməyib: 
 
 
"Belə məsuliyyətli matçlar öncəsi bu, böyük psixoloji üstünlükdür. Qurban Qurbanovun dünənki mətbuat konfransında "komandama güvənirəm, istəkliyik" kimi inamlı, qətiyyətli açıqlaması da komandadakı ruh yüksəkliyindən xəbər verir. Daha bir xüsusi məqama diqqət çəkmək istəyirəm. Neçə vaxtdır "Marsel”də futbolçularla baş məşqçi Xorxe Sampoeli arasında münasibətlər kəskinləşib, komanda daxilində gərginlik indi də davam edir. "Qarabağ”da isə əksinə həmişəki kimi güclü birlik var. Bu, "Qarabağ”ın lehinə işləyən faktordur.
 
Sonda bir narahatlığımı da qeyd edim. "Qarabağ”da Şahruddin Məhəmmədliyevin zədə səbəbindən oynamaması komandaya təsirini göstərə bilər. Güman ki, bu gün əsas qapıçı kimi meydana gürcüstanlı yeni transfer Luka Quqeşaşvili çıxacaq. Antalyada olarkən Lukanın oyunlarını izləmişdim. Yaxşı seyvləri olsa da, az səhvlər də etmədi. Bu, "Qarabağ”a yeni qoşulması, tam adaptasiya olmaması ilə də bağlı ola bilərdi. İnanmaq istərdim ki, narahatlığım əbəs olacaq və Luka ən yaxşı oyunlarından birini keçirəcək”.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...