"Qarabağ" azarkeşlərinə müraciət etdi

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.

Sfera.az  Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı "Velodrom" arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. "Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.

Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Marsel” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...