Qarabağda müharibə başlayacaqdı: Ərdoğanın Bakı səfərinə kim mane oldu?

Qarabağda müharibə başlayacaqdı: Ərdoğanın Bakı səfərinə kim mane oldu?
Rusiya mediasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərinin təxirə salınması ilə bağlı yayılan xəbər Ankara terrorunun səfərin təxirə salınması üçün törədildiyi ehtimalını ortaya çıxarıb.

Sfera.az xəbər verir ki, Rusiyanın "politcom” saytı Ərdoğanın Bakıya bir çox əhəmiyyətli məsələ ilə gəldiyini yazıb.


"Məlumatlar var ki, Ərdoğanın Bakı səfərindən sonra Dağlıq Qarabağda anti-terror əməliyyatları başlayacaqdı. Bu, faktiki Qarabağ müharibəsi demək idi. Ərdoğanın Bakıda müzakirə edəcəyi əsas planlardan biri bu idi. Amma Ankara terrorunun onun səfərini təxirə salması həm də Qarabağda mümkün müharibənin qarşısının alınmasına xidmət etdi”, - deyə sayt qeyd edir.


Sayt məlumatı konkretləşdirməsə də, hesab etmək olar ki, Ankara terrorunun arxasındakı qüvvələr məhz Ərdoğanın Bakıya gəlməməsi, Dağlıq Qarabağın separatçılardan təmizləmə əməliyyatlarının başlanmaması üçün bu addımı atıb. Bu həm də Azərbaycana verilən mesaj olub. Bu fonda türkiyəli politoloq Ömür Çelikdönmezin "Ankara terror Azərbaycana da mesaj idi” açıqlaması diqqət çəkir. (http://publika.az/p/126852).


"Politcom”un daha sonra yazdıqları da bu kimi ehtimalları gücləndirir.


"Ərdoğanın Bakı səfərinin təxirə düşməsini artıq Azərbaycanda da qəbul etdilər. Bakı Moskva və Ankara arasında seçim etmək addımının daha böyük fəlakətlər doğura biləcəyini da anladı. Hansı ki Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Rusiyanın Azərbaycana təhlükə yaratdığı, Qarabağın Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal edildiyi açıqlaması Moskvaya qarşı qəti hücum idi. Güman ki, Ərdoğan da Bakıda məhz bu səpkili bəyanat verəcəkdi”, - deyə məqalədə qeyd olunur.


Lakin sayt yazır ki, hər şey arxada qalmayıb və Qarabağda mümkün müharibə istisna deyil.


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...