"Qarabağ" üçün önəmli gün


Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ” da növbəti oynununa çıxacaq.

 

J qrupunda çıxış edən "Qarabağ” üçün bugünkü oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar "Slovan”la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdir. Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi. Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində "Fiorentina”nı məğlub etməməlidir. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.

 

Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan "Qarabağ” autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan "Qarabağ” ardıcıl 3-cü qələbəsinə köklənib.

 

Digər təmsilçimiz  "Qəbələ” isə Belçikanın "Anderlext” klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk xal üçün "döyüşəcək”.  Ardıcıl 5 görüşdə uduzan "qırmızı-qaralar” belçikalılarla ev oyunlarımızdakı uğurlu ənənəni davam etdirməyə  iddialıdır. Belə ki, avrokuboklardakı bütün ev matçlarında klublarımız bu ölkədən olan rəqiblərini üstələyib. Lakin "Qəbələ” bu dəfə meydana baş məşqçisiz çıxacaq. Belə ki, cəzalı olan Qriqorçuk komandasını texniki zonadan kənardan idarə etməyə məcburdur.

 

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

J qrupu

 

22:00. "Slovan” (Liberets, Çexiya) – "Qarabağ” (Azərbaycan) 

Liberets. "U Nişi” stadionu 

 

1

"Fiorentina” (İtaliya) 

4

3

1

0

11-2

10

2

"Qarabağ” (Azərbaycan)

4

2

1

1

6-7

7

3

PAOK (Yunanıstan)

4

1

2

1

2-4

4

4

"Slovan” (Çexiya)

4

0

1

3

4-10

1

 


20:00. "Qəbələ” (Azərbaycan) – "Anderlext” (Belçika) 

Bakı. 8-ci km qəsəbə stadionu

 

1

"Anderlext” (Belçika)

4

2

2

0

11-4

8

2

"Sent-Etyen” (Fransa)

4

2

2

0

5-3

8

3

"Maynts” (Almaniya)

4

1

2

1

6-10

5

4

"Qəbələ” (Azərbaycan)

4

0

0

4

4-9

0



OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...