Qarabağ görüşündə qəfil dönüş: Putindən “təhlükəli oyun” açıqlaması

Qarabağ görüşündə qəfil dönüş: Putindən “təhlükəli oyun” açıqlaması
Dünən Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda həyəcanla gözlənilən Putin-Sarkisyan görüşündə qəfil dönüş olub.
 
Lenta.ru saytı prezidentlərin jurnalistlər üçün mətbuat konfransı keçirmək niyyətində olmadıqlarını yazıb. Lakin Krıma edilən hücuma görə planlarda qəfil dəyişiklik edilib.
 
Qəfil dönüş

Vladimir Putinlə Serj Sarkisyanın görüşü heç bir ssensasiya xarakteri daşımırdı. Avqustun 8-də Bakıda Rusiya-İran-Azərbaycan prezidentlərinin görüşündən bir gün sonra Putin Ərdoğanla görüşdü. Sarkisyanla görüşə gəlincə, bu danışıqlarda İrəvanda polis binasının tutulması ilə başlanan hadisələrin müzakirəsi aparılacaqdı. Hər şey əvvəlcədən gözlənilən idi. Dövlət başçıları hətta jurnalistlər qarşısında bəyanatla çıxış etməyə hazırlaşmırdılar. Lakin günün ikinci yarısında Federal Təhlükəsizlik Xidmətinin Ukrayna diversantlarının Krıma hücum etdikləri haqda məlumatı planın kəskin şəkildə dəyişməsinə səbəb oldu. Mətbuata xəbərdarlıq edildi ki, Putin danışmaq istəyir.   
 
Putindən xəbərdarlıq

"Bu çox həyəcanlı informasiyadır. İlk baxışdan bu, axmaq cinayətkar addım kimi görünür. Axmaq hərəkətdir, çünki Krımda yaşayan insanlara bu yolla təsir etmək qeyri-mümkündür. Bu, cinayətkarlıqdır, çünki insanlar həlak oldu”, - deyə Putin bildirdi.

O, belə vəziyyətdə Norman formatında görüşün mənasız olduğunu vurğulayıb. 

Halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrov iki gün əvvəl bildirmişdi ki, Çində keçiriləcək Böyük İyirmiliyin sammitində Norman formatının görüşü ola bilər.
 
"Bu əlaqələr mənə Luqansk respublikası rəhbərinə qarşı sui-qəsdi xatırladır. Budur, indi Krımın ərazisinə müdaxilə etməyə cəhd olub, Rusiya tərəfindən iki hərbi qulluqçu öldürülüb. Belə şeylərin üzərində keçməyəcəyik”, - Putin sərt sözlərlə davam etdi. 
 
Putin "Bu, çox təhlükəli oyundur” deyə xəbərdarlıq etdi.
 
Sarkisyan "günah keçisi”ni tapdı
 
Rusiya prezidenti daha sonra avqustun 8-də Bakıda Prezident İlham Əliyevlə görüşü haqda danışdı. Və təkrar etdi ki, problemin həllində güzəştlərə ümid edir.
 
Lakin Putin Bakıda aparılan müzakirələri konkret açıqlamayıb.    
 
Sarkisyan isə İrəvandakı hadisələrə toxunaraq, çıxışına heç də gözlənilməz olmayan sözlərlə davam edib.

"Silahlı qrup tərəfindən polis alayının binasının tutulması göstərdi ki, ermənilər Qarabağ məsələsində güzəştləri yolverilməz hesab edirlər. Belə bir addım ölkə daxilində vəziyyəti partlada bilər”, - deyə erməni prezident güzəştə getməməsini ermənilərin üzərinə yıxıb. Halbuki, İrəvandakı hadisələrin Qarabağla bağlı aparılan prosesdə birbaşa onun əlinə işlədiyi şübhəsiz idi.
 
Ermənilər yenə müharibə istəyir?

Sarkisyan "birtərəfli güzəştlər olmayacaq, Qarabağ Azərbaycanın tərkibində olmayacaq” deyə yenə "dördgünlük müharibə”dən əvvəlki mövqeyinə qayıdıb.

Və bu, avtomatik olaraq, müharibə variantını yenidən gündəmə gətirir.
 
Yox, onlar qorxur və Putinə sığınırlar

Moskvada olan erməni jurnalistlər bu qorxu ilə Putinə "Azərbaycan Rusiyadan silahlar alır, amma Moskva Ermənistana silah çatdırmalarını ləngidir, bu növbəti kəskinləşməyə şərait yaratmırmı?” sualı ilə müraciət ediblər.

Sarkisyanın Putinə deyə bilmədikləri
 
Təbii ki, bu sualın İrəvan mətbəxində hazırlandığı aydındır. Sarkisyan özünün deyə bilmədiyini "azad söz” adı altında erməni jurnalistlərə səsləndirir.
 
Və Putindən "sillə kimi cavab” 
 
Və bu məqmda Putinin cavabı olduqca maraqlı idi.
 
"Müasir silah bazarında istənilən ölkə silah ala bilər. Anlayırsınızmı? Harda olursa olsun, bu, mümkündür. Lakin mən indi diqqəti işin hərbi tərəfinə çəkməzdim. Əgər biz problemi həll etmək istəyiriksə, sülhlə qərar verməliyik. Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir. Neft hasilatçısı, inkişaf edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına sahib olan Azərbaycan da əlbəttə ki, istədiyi yerdən silah almaq iqtidarındadır”, - deyə Rusiya prezidenti erməni jurnalistlərin, dolayısı ilə Sarkisyanın arzulamadığı cavabı verib. (Publika.az)
 

OXŞAR XƏBƏRLƏR

Litva Prezidenti və xanımının şərəfinə ziyafət verildi - FOTO

Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə r...

Azov dənizindəki yanğın olan gəmidə azərbaycanlı varmı? - AÇIQLAMA

Xarici İşlər Nazirliyi Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğında orada azərbaycanlıların olması barədə xəbərlərə münasibət bildi...

Milli Məclisin komitələrinin Şuşada iclası keçirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası başlayıb. Sfera....

Çavuşoğlu: "Xocalıda baş verənləri unutmadıq, unutdurmayacağıq"

"Xocalıda 30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşəti unutmadıq, unutdurmayacağıq”. Sfera.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri...

Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı - FOTO

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb. ...

Azərbaycanın etirazından sonra Rusiya geri addım atdı - FOTO

Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı "Zakupki.gov.ru” etirazlara səbəb olan tender elanı ilə bağlı satına...