Azərbaycanın etirazından sonra Rusiya geri addım atdı - FOTO

Azərbaycanın etirazından sonra Rusiya geri addım atdı - FOTO
Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı "Zakupki.gov.ru” etirazlara səbəb olan tender elanı ilə bağlı satınalmanı ləğv edib.

Sfera.az xəbər verir ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşən rus sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumat silinməsə də, portal satınalmanı ləğv edib. 

Qeyd edək ki, Rusiyanın dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunmuşdu. Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, "Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.

"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunda kompleks xidmətin təşkili və həyata keçirilməsi üzrə xidmətin göstərilməsi”, - deyə elanda qeyd olunub.



OXŞAR XƏBƏRLƏR

Litva Prezidenti və xanımının şərəfinə ziyafət verildi - FOTO

Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə r...

Azov dənizindəki yanğın olan gəmidə azərbaycanlı varmı? - AÇIQLAMA

Xarici İşlər Nazirliyi Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğında orada azərbaycanlıların olması barədə xəbərlərə münasibət bildi...

Milli Məclisin komitələrinin Şuşada iclası keçirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası başlayıb. Sfera....

Çavuşoğlu: "Xocalıda baş verənləri unutmadıq, unutdurmayacağıq"

"Xocalıda 30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşəti unutmadıq, unutdurmayacağıq”. Sfera.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri...

Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı - FOTO

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb. ...

Azərbaycanın etirazından sonra Rusiya geri addım atdı - FOTO

Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı "Zakupki.gov.ru” etirazlara səbəb olan tender elanı ilə bağlı satına...