"Qalatasaray" Braziliyalı futbolçusunu satdı

"Qalatasaray"ın ötən mövsümün əvvəlində "İnter"ə icarəyə verdiyi Aleks Tellesin yeni klubu müəyyənləşib. Braziliyalı futbolçu "Portu"da oynayacaq.


Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 23 yaşlı müdafiəçinin transferi barədə iki klub arasında anlaşma əldə olunub. Razılığa əsasən, "Portu" "Qalatasaray"a 6,5 milyon avro ödəyəcək. Həmin oyunçunun başqa kluba satışı zamanı İstanbul təmsilçisi 10 faiz pay alacaq.

"Qalatasaray" Aleks Tellesi 2014-cü ildə "Qremio"dan 6,5 milyon avroya almışdı. İstanbul klubunda 60 oyun keçirib 2 qol vuran müdafiəçi ötən yay 1,3 milyon avroya icarəyə verildiyi "İnter"in heyətində 22 rəsmi matça çıxıb. "Transfermarkt" ona 8,5 milyon avro qiymət qoyub.



OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...