Putin son vaxtlar niyə hamıdan aralı əyləşir? - Uzun masanın sirri / FOTOLAR

Putin son vaxtlar niyə hamıdan aralı əyləşir? - Uzun masanın sirri / FOTOLAR
Rusiya Prezidenti Vladimir Putin ötən gün Maliyyə naziri Anton Silunov və Milli Bankın sədri Elvira Nabibullina ilə olan görüşü də uzun masa arxasında olub. Öz hökumətinin üzvləri ilə də bu qədər məsafə saxlaması, fiziki olaraq onlardan gen dayanması Putinlə bağlı müəmmaları artırır. O, nədən ehtiyat edir? Bu psixoloji durumlardan asılıdır, yoxsa, bir ölkə liderinin müharibə zamanı gördüyü ehtiyat tədbiridir?

Qeyd üçün yada salaq ki, İkinci Qarabağ savaşı zamanı Azərbaycan Prezidenti İlham Əliyev 44 gün içində dəfələrlə xalqla yaxın ünsiyyətdə oldu, nə hökumət üzvləri, nə jurnalistlər, nə də əhali ilə bu qədər məsafə saxlamağa ehtiyac hiss etmədi. 

Bəs Putində nə baş verir?

Hərbi psixoloq Azad İsazadə Yenisabah.az-a açıqlamasında deyib ki, Putində ağır formada covid fobiyası mövcuddur: "Pandemiya başlandığı gündən bütün dünyada insanlar arasında covid fobiyası, yəni virus qorxusu faktı ilə rastlaşmışıq. Mənim fikrimcə, Putində də ağır formada covid fobiyası mövcuddur. O sadəcə yoluxmaqdan çəkinir. Bu psixoloji bir amildir”.

Psixoloqun sözlərinə görə, uzun masalar sırf qorxu ilə bağlıdır:
"Amma bu, məntiqdən uzaqdır. Orada məntiqli bir hərəkət yoxdur.  Ümumiyyətlə fobiyalarda məntiq olmur. İnsan sadəcə qorxur, panik vəziyyətə düşür. Mənə elə gəlir ki, uzun masalar, insanlarla ünsiyyətdən çəkinmək sırf qorxu ilə əlaqəlidir”.

A. İsazadə qeyd edib ki, Putin uzaq məsafədə özünü psixoloji olaraq, daha komfort hiss edir:

"Sui-qəsddən də qorxur. Lakin sui-qəsdə məsafə təsir etmir. Onu ayrı formada da edə bilərlər. Sui-qəsdə qarşı başqa tədbirlər görülür. Görünməyən təhlükəyə qarşı qorunur. Bundan öncə Lavrovla da, Şoyquyla da bu məsafədə görüşüb. Onlar sözsüz ki, müayinədən keçib görüşə çıxırlar. Lakin buna baxmayaraq, özünü uzaq məsafədə daha komfort hiss edir. Söhbət psixoloji komfortdan gedir”.

OXŞAR XƏBƏRLƏR

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

Putinə etiraz edənlər polisdən yayınmağın maraqlı üsulunu tapıb: Bu şifrələrlə yazışırlar - FOTO

Rusiyalı internet istifadəçilərinin gizli mesajlaşma simvolu böyük maraq doğurub.   Sfera.az bildirir ki, müharibəyə etiraz  edən rusların bu üsula ...

Putin yeriyərkən sağ qolunu niyə sabit saxlayır? - SƏBƏBİ BİLİNDİ / FOTOLAR

Ukraynada müharibənin davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putinin yerimək tərzi yenidən gündəmə gəlib.   Sfera.az xəbər verir ki, Putinin ...

Avropanın ən qısaboylu kişiləri müəyyənləşdi - Azərbaycan kişiləri birincidir - SİYAHI

Avropada ən qısa boylu kişilər arasında Azərbaycan kişiləri birinci yeri tutub.  Sfera.az  xəbər verir ki, "Europamapas” sorğu mərkəzi Avropada ...

Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

Ləğv edilmiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun...

Putin son vaxtlar niyə hamıdan aralı əyləşir? - Uzun masanın sirri / FOTOLAR

Rusiya Prezidenti Vladimir Putin ötən gün Maliyyə naziri Anton Silunov və Milli Bankın sədri Elvira Nabibullina ilə olan görüşü də uzun masa arxasında olub.&nbs...