“Putin onun bütün xahişlərini rədd edib...” – BMT-nin baş katibi Moskvadan əliboş qayıdır

“Putin onun bütün xahişlərini rədd edib...” – BMT-nin baş katibi Moskvadan əliboş qayıdır
"Quterreşin Moskvada Vladimir Putin və Sergey Lavrovla görüşü nəticəsiz qalıb”. 

Bu sözləri Gundem.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu BMT-nin baş katibi Antonio Quterreşin Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə BMT baş katibinin Kremldən iki xahişi olub: 

"Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Kreml isə Quterreşin hər iki xahişini rədd edib”. 

BMT baş katibinin Moskvadan əvvəl Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladan ekspert bunları deyib:

"Bu faktın özü də BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçiliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. Türkiyə rəsmiləri Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Kreml isə bu məsələyə heç cavab da verməyib”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

"Müharibə hələ uzun müddət davam edəcək" - SƏBƏBLƏR

"Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.   Sfera.az bil...

“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər t...