Putin hansı sənədləri gizlədir? – Trampdan ÇAĞIRIŞ

Putin hansı sənədləri gizlədir? – Trampdan ÇAĞIRIŞ
ABŞ-ın "JustTheNews”xəbər saytına müsahibə verən Donald Tramp Putinə müraciətində Rusiya liderindən Bayden və ailəsi haqqında məlumatları dünya ilə paylaşmasını istəyib.

Sfera.az xəbər verir ki, Tramp Rusiya-Ukrayna müharibəsində tutduğu yer və Putinə etdiyi müraciətlə yenidən hamını təəccübləndirməkdə davam edir.

Onun artıq ABŞ-nin əsas düşməninə çevrilmiş bir ölkənin rəhbərindən belə bir istəyi  keçmiş prezident olduğu üçün qəribə qarşılanıb və böyük əks-səda doğurub. Bu çağırış siyasi ekspertlər tərəfindən Trampın prezidentliyi dövründə istifadə etdiyi taktikaya uyğun olaraq da şərh edilib: "Donald Tramp daxili maraqları üçün xarici güclərdən kömək almağa çox hazır olan siyasətçidir”.

Dünən verdiyi müsahibədə Tramp adı korrupsiya araşdırmalarında hallanan Co Baydenin oğlu Hunter Bayden haqqında danışıb.

Hunter Bayden həm cinsi qalmaqallar, həm də adına ləkə gətirən iş əlaqələri səbəbiylə atasına çox başağrısı verən bir fiqur kimi qarşımıza çıxır. Güman edilir ki, Kreml administrasiyası Hunter Baydenin rusiyalı iş adamları ilə birgə Rusiyaya investisiyaları haqqında məlumatı saxlayır və ondan bir növ istifadə edə bilər. Trampın çağırışı da məhz bundan ibarətdir. O, Kremldə saxlanılan bu məlumatın dünya və ABŞ rəsmiləri ilə paylaşılmasını tələb edərək, keçmiş prezident Putinə səslənib. Digər tərəfdən, belə bir vəziyyətin həqiqət olması və ya Kremlin bu məlumatlara çıxışı ilə bağlı xəbərlər müstəqil mənbələr tərəfindən yoxlanıla bilməz.
 
"Düşünürəm ki, Putinin bu suallara cavabı var” - deyən Tramp, "Məncə, onlar bu məlumatı yaymalıdırlar. Biz də cavabları öyrənməliyik”, - deyib. O, öz sözləri ilə Putinə çağırışını bütün dünyaya bəyan edib.

Hunter Baydenin atası Co Baydenin vitse-prezident olduğu müddətdə xaricdə çoxlu biznes əlaqələri olduğu və böyük pullar qazandığı məlum faktdır. O da məlumdur ki, Baydenin oğlu o zaman Ukrayna və Çin də daxil olmaqla ölkələrlə iş aparırdı.
 
Əslində, ABŞ Ədliyyə Departamentinin rəsmiləri bu dövrdən araşdırmalar aparmağa davam edir. Hunter Bayden bu işgüzar sövdələşmələrdən ədalətsiz qazanc əldə etməkdə təqsirli bilinərsə, cəzalandırıla bilər. Lakin Donald Trampın irəli sürdüyü ittihamlar sübuta yetirilə bilməz.
 
Co Baydenin ABŞ-ın məhkəmə orqanlarına və ya siyasətçilərinə təsir etməsi və oğlunu xilas etmək üçün səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar Hunter Baydenin iş sənədlərinə belə daxil olmayıb. Hunter Bayden heç bir səhv etmədiyini və istintaq bitdikdən sonra günahsız sayılacağını və bəraət alacağını bildirib.
 
Əzizə Zeynal
Sfera.az  

OXŞAR XƏBƏRLƏR

“Yəqin ki, bu həftə..." - Ərdoğandan Putinlə bağlı AÇIQLAMA

"Yəqin ki, bu həftə Putinlə görüşəcəyik”. Sfera.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Çamlıca Məscidində bayram namazı zamanı...

Putin Türkiyəyə gələcək - Çavuşoğludan AÇIQLAMA

"Putin Türkiyəyə gələ bilər”.   Sfera.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.   O, səfərin dəqiq tarixinin...

Putin hansı sənədləri gizlədir? – Trampdan ÇAĞIRIŞ

ABŞ-ın "JustTheNews”xəbər saytına müsahibə verən Donald Tramp Putinə müraciətində Rusiya liderindən Bayden və ailəsi haqqında məlumatları dünya ilə paylaşması...

Rus generallarının ÖLÜM MÜƏMMASI: Əsgərlər öz komandirlərinə hücum edirlər?

Rus generallarının öldürülməsi son günlər dünya mediasının da maraq obyektindədir. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir, iddialar irəli sürülür. ...

Putin Avropa aviaşirkətlərinə məxsus yüzlərlə təyyarəyə əl qoydu

Rusiya ABŞ və Avropa lizinq şirkətlərinə məxsus yüzlərlə kommersiya təyyarəsini müsadirə etmək qərarına gəlib.   Sfera.az bildirir ki, bununla bağlı Vlad...

“Türkiyə 21-ci əsrdə iz qoyacaq” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Dövlət Təqdir Medalının təqdim edilməsi mərasimində iştirakçılara müraciət edib.     Sfe...