Pul salfetdən də ucuz oldu...

Pul salfetdən də ucuz oldu...

Son aylar Venesuelada baş verən kəskin inflyasiya və milli valyutanın sürətlə dəyərdən düşməsi ölkədə

 pul qıtlığı yaradıb. Nəticədə xaricdən ölkəyə təyyarələrlə pul daşınır.

Fins.az-ın "The Wall Street Journal" nəşrinə istinadən yaydığı məlumata görə, son bir neçə ayda ölkəyə

 milli valyuta - bolivarla yüklənmiş 30 təyyarə gəlib. Venesuala prezidenti Nikolas Maduro 2015-ci ilin

 yayından indiyədək azı 5 milyardlıq banknotun hazırlanması barədə sifariş verib. Əlavə daha 10 milyard 

banknotun çapı üçün isə danışıqlar aparılır.

 
Pul salfet kağından da ucuzdur

 
Venesuala Mərkəzi Bankının məlumatına görə, son 1 ildə dövriyyədəki əskinasların  sayı 1,5 dəfə artaraq 

12 milyard bolivarı keçib. İndi isə ölkə iqtisadiyyatını yüksək inflyasiyadan qorumaq üçün əlavə banknotlara

 ehtiyac yaranıb və son nəticədə ölkədəki nağd pul kütləsinin həcmi daha 2 dəfə artacaq. Özü də 2, 5, 10 

və 20 bolivarlıq pulların çapı həmin pulların özündən baha başa gəldiyinə görə, yeni pullar 50 və 100-lük 

nominalda sifariş edib. Yeri gəlmişkən, ölkədə pul o qədər ucuzlaşıb ki, 2 bolivarlıq əskinaslar salfet 

kağızından da ucuzdur.

 
Pulu xaricdə çap etdirir

 
Ən pisi də odur ki, Venesuela lazım olan pulu özü çap edə bilmir. Çünki ölkədə banknot hazırlamaq üçün 

lazımi kağız və metal yoxdur. Buna görə də, hökumət pulu xaricdə, istənilən qiymətə sifariş verməyə

 məcburdur. Hazırda bu məsələ ilə bağlı Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və İsveçrə 

şirkətləri ilə əməkdaşlıq edilir. Çünki 10 milyardlıq sifarişi yerinə yetirmək üçün bir şirkətin imkanları 

kifayət etmir və bu baxımdan Venesuelanın düşdüyü vəziyyət bir sıra liderlərin diqqətini cəlb edib.

 
720% inflyasiya olacaq
 
İqtisadçılar hesab edirlər ki, belə vəziyyətdə dövriyyəyə yeni pulların buraxılması Venesuelada

 böhranı daha da dərinləşdirə və inflyasiyanı sürətləndirə bilər. Beynəlxalq Valyuta Fondunun 

qiymətləndirməsinə görə, bu il ölkədə qiymət artımı 720%-ə çatacaq və dünyada ən yüksək göstərici 

olacaq.

 
Yeri gəlmişkən, 2015-ci ilin ilk 9 ayında ölkədə inflyasiya 141% olub. 4-cü rübdə isə qiymətlər daha 

68% qalxıb.

 

Dolları "imperialistlər" bahalaşdırıblar
 
Belə vəziyyətdə ölkədə xarici valyuta - xüsusilə dollar sürətlə bahalaşır. Bu həftə Venesuelanın 

"qara bazarı"nda ABŞ dollarının məzənnəsi ilk dəfə 1000 bolivarı keçib. Hakimiyyət bəyan edir ki,

 yüksək inflyasiya ölkədə sabitliyi pozmaq qərb imperialistlərinin fəaliyyətinin nəticəsidir.

 
Gəlirlərinin 96%-i neftdəndir
 
Xatırladaq ki, Venesuelanın əsas gəlir mənbəyi neftdir. Ölənin xarici ixracdan qazandığı hər 100 

dolların 96 dolları neftin payına düşür. Ölkədə satılan malların 70%-i isə xaricdə istehsal olunanlardır.


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...