Problemli kreditlərdən çıxış yolu

Problemli kreditlərdən çıxış yolu

Banklarda dekabr ayında problemli kreditlər 278,9 milyon manat artıb.

Ötən ili sonunda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manata çatıb. Bu noyabr 

ayının sonu ilə müqayisədə 278,9 milyon manat və ya 22,7% çoxdur.


Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər ilk dəfə belə bir nisbətdə artıb. Artıma devalvasiya

 böyük təsir göstərib. Dollardakı ödənməyən kreditlər yeni məzənnə ilə hesablandığından artım yaranır.


Ödəmə vaxtı keçmiş kreditlərin həcmi ötən ilin noyabr ayının sonunda 1 milyard 229,6 milyon 

manat idi. 2015-ci il dekabrın 31 tarixində kredit təşkilatlarının kredit qoyuluşları 21 milyard 

718 milyon manat olub.


Artım əsasən devalvasiyaya görə baş verib. Dekabrda kredit qoyuluşları 2 milyard 973,7 milyon

 manat və ya 15,7% artıb. Ödəmə vaxtı keçmiş kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisi 

dekabrda 6,9%-ə şatıb. Bu nisbət noyabrda 6,6% idi.






Bəs, problemli kreditlərin həlli üçün hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı sabiq maliyyə naziri, 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət YusifovANS PRESS-ə bildirdi ki,

 son aylarda qaytarılmayan kreditlərin həcminin artmasının çıxış yolu tərəflərin danışıqlar apararaq 

ortaq məxrəcə gəlməsindədir.




Onun sözlərinə görə, “Mərkəzi Bank, Maliyyə Nazirliyi və bir neçə bankın təmsilçisi bir araya 

gələrək bu məsələni çözməlidir.


"Eyni zamanda hökümətdən olan nümayəndə də bu danışıqlarda iştirak etməlidir. Problemli

 kreditlərin əksəriyyəti sosial yönümlüdür. Danışıqlar aparılıb ortaq məxrəcə gəlinməlidir. 

Prezidentin çağırışları var ki, məmurlar insanların yanında olmalı, insanların sosial problemlərini həll 

etməlidir”, - deyə Fikrət Yusifov bildirib.



Fikrət Yusifov - sabiq maliyyə naziri

Ekspertin sözlərinə görə, banklar problemli kreditlərin azalması uğrunda daim iş aparmalıdırlar 

və bu istiqamətdə son dövrlər ciddi işlər gedir: "Banklar kredit müddətini artıra və ya kredit 

məbləğini azalda bilər. Bu müştəriyə götürdüyü məbləği ödəməyə kömək edə bilər ki, bu da 

qaytarılmayan kreditlərin həcminin azlmasına səbəb ola bilər. Maliyyə Nazirliyi istiqraz vərəqələri

 buraxır. Bunların da böyük köməyi olacaq”.


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...