Prezidentin Messidən xahişi

Prezidentin Messidən xahişi
Argentina prezidenti Maurisio Makri ölkənin futbol üzrə yığmasının hücumçusu Lionel Messiyə zəng edərək milli komandanı tərk etməməsini xahiş edib.

Anspress-in verdiyi məlumata görə, dövlət başçısının nümayəndəsi məlumatın düzgünlüyünü təsdiqləyib. Ötən bazar ABŞ-da keçirilən Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi yığmada karyerasını başa vurduğunu bəyan edib.

Həmin matçın oyun sonrası penaltilər seriyasında hücumçu üzərinə düşən penal zərbəsini dəqiq yerinə yetirə bilməyib və bu, yekun nəticəyə öz təsirini göstərib.

"Maurisio Makri ona zəng edib, yığmanın oyunundan qürur hissi keçirdiyini deyib və tənqidlərə məhəl qoymamağı xahiş edib", — deyə prezidentin nümayəndəsi bildirib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.

Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.

"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır", - deyə 29 yaşlı hücumçu bildirib.

Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu "Barselona”nın uğurları üçün çalışacağını bildirib.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...