Prezident Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi - FOTOLAR

Prezident Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

Sfera.az  xəbər verir ki, ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Düşənbədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Sfera.az xəbər verir ki, bu barədə məlumat...

Elnur Allahverdiyev informasiya müharibəsində iştirak edən tələbələri diplomla təltif etdi - FOTOLAR

"Düz 1 il əvvəl, dekabrın 29-da "Qorqud” Vikipediya Metodik Klubun əsasını qoyduq. Dövlətimiz Ermənistanla müharibədə qələbə qazanmışdı, işğalçını torpaqlarımız...

Mehriban Əliyeva Cıdır düzündən paylaşım etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Cıdır düzündən paylaşım edib. Sfera.az paylaşımı təqdim edir: "08...

Prezident Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını ed...

Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? – “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”

"Uzun zamandan sonra Rusiya Müdafiə Nazirliyi fərqli bir xəritə yayımlayıb. Bu xəritədə "Dağlıq Qarabağ" sərhədləri silinib və Azərbaycan ərazisinə daxil edilib...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşıladı - FOTO

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb. Sfera.az  xəbər verir ki, Azərbaycan Respublikasının P...