Prezident İlham Əliyev suölçən cihazlarla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev suölçən cihazlarla bağlı sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: 

"Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı sahəsində də əsaslı inkişafa səbəb olmuş, müvafiq dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə bir sıra iri layihələr həyata keçirilmiş və hazırda icra olunan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması kimi sosialyönümlü layihələrin icrası istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən islahatlar və layihələr birbaşa əhalinin rifahının, sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlmişdir. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasında olmuş və bu sahədə müntəzəm işlər həyata keçirilmişdir.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığın başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

Həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına suölçən cihazların quraşdırılması işlərinin daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...