İlham Əliyev pensiya yaşı ilə bağlı FƏRMAN İMZALADI
Siyasət
17:12 / 25.04.2022
2345
Prezident İlham Əliyev "Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sfera.az həmin fərmanı təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 358-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Adında "qulluq stajına (15 il)” sözləri "15 il qulluq stajına” sözləri ilə əvəz edilsin.
3. 3-cü hissənin ikinci abzasına "minimum” sözündən sonra "15 il” sözləri əlavə edilsin.