Prezident İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zəngin ənənələrə malik olan Azərbaycan-Bolqarıstan əlaqələri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə müşayiət olunur.

Ümidvaram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah arzulayıram".


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...