Prezident ad saxtakarlığı BARƏDƏ: “Heç bilmirəm “Şuşi” nə deməkdir”

Prezident ad saxtakarlığı BARƏDƏ: “Heç bilmirəm “Şuşi” nə deməkdir”
"Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda saxtalaşdırmaqla məşğul olurlar. Eləcə də Azərbaycan torpaqları, Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq". 

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Cenevrə Universitetinin təmsilçisi Ventzeslav Sabevin sualına cavabında söyləyib. 
 
Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən dövlət başçısı deyib:
 
"Qeyd etməliyəm ki, belə bir saxta tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdirlər. Məsələn, Şuşa şəhərini "Şuşi” adlandırmağa başlamışdılar. "Şuşi” adı tarixdə heç zaman olmayıb və heç bilmirəm "Şuşi” nə deməkdir”. 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...