Pənah Hüseyn və Tofiq Abbasov efirdəki davadan danışdılar - Kim peşmandır?

Pənah Hüseyn və Tofiq Abbasov efirdəki davadan danışdılar - Kim peşmandır?
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Davaya səbəb isə tərəflərin bir-birinə qarşı "gədə” "düdük” kimi qeyri-etik ifadələrin işlətməsi olub. 

Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. 

Eks-baş nazir Pənah Hüseyn hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib.  

"Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Hövsələmi saxlamadığıma görə”, - deyə o bildirib.  

Pənah Hüseyn qeyd edib ki, sonradan verilişdə onu nəyin hövsələdən çıxardığına bir də baxıb: "Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri –red.) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı məncə. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim”.

O həmçinin bildirib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: "Gərək verilişdə belə şeylər olmasın. Uşaqlıqdan belə şey olur. Yəni demirəm ki, xüsusi bir peşmançılıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil”.

Pənah Huseyn politoloqla mübahisə zamanı işlədiyi ifadəyə (gədə -red.) də münasibət bildirib: "Mən mübahisə zamanı bir ifadə işlətdim, onun qətiyyən valideynlərə aidiyyəti yoxdur. Bunu deməyi vacib bilirəm. Valideyn məsələsində çox həssasam. Nə öz valideynlərimin, nə də digər valideynlərin haqqında hər hansı bir həqarət işləməyi doğru sayıram. Mən onu nəzərdə tutmurdum. Heç bir halda mən kiminsə valideyninə həqarət etmərəm”.

Siyasi analitik Tofiq Abbasov isə "Qafqazinfo”ya açıqlamasında baş verənlərlə bağlı bunu deyib: "Mövqeyim orada olanlardır. Mən heç bir şey əlavə etmək istəmirəm. İnsidentdir oldu çıxdı, getdi. Məsələnin böyüməsində heç bir marağım yoxdur, buna lüzum görmürəm”.
 


OXŞAR XƏBƏRLƏR

Pənah Hüseyn və Tofiq Abbasov efirdəki davadan danışdılar - Kim peşmandır?

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar. Davaya səbə...

Qarabağda işləmək istəyən şəxslərin NƏZƏRİNƏ! - Bu güzəştlər olacaq

İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil...

Uşaqlar arasında bu xəstəlik sürətlə yayılır - XƏBƏRDARLIQ

"Pandemiyanın əvvəlində belə bir fikir var idi ki, COVID uşaqlara keçmir, onlar bunu simptomsuz keçirirlər. Lakin gedişat bunun belə olmadığını göstərdi. Korona...

Yoluxmanın qarşısını almaq üçün vacib təklif - saat 8-dən 10-a kimi

"Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya yalnız 70-80 faiz əhalini əhatə etdiyi halda ...

Bazarda bu məhsullar bahalaşdı - QİYMƏTLƏR - VİDEO

Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur. Sfera.az xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var. ...

Düşmənin S-300-ü belə məhv edilib - Yeni görüntülər yayıldı - VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlarından biri də düşmənin S-300 zenit-raket qurğularının sıradan çıxarılması olmuşdu. S...