Pekin Olimpiadasının ilk günü: 13 ölkə medal qazandı

Pekin Olimpiadasının ilk günü: 13 ölkə medal qazandı
Fevralın 5-də - Pekin-2022 Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar.

Sfera.az xəbər verir ki, medal siyahısına Norveç komandası liderlik edir. Bu ölkənin idmançıları 2 qızıl medal qazanıblar. Sloveniya təmsilçiləri 1 qızıl və 1 bürünc medalla ikinci pillədə yer alıblar. Niderland, İsveç və Çin 1 qızıl medalla 3-5-ci yerləri bölüşürlər.

Fevralın 20-dək davam edəcək Qış Olimpiya Oyunlarında 91 Milli Olimpiya Komitəsindən 2 min 800-dən çox atlet idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası "Pekin-2022”də 2 idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...