Onu itirməmək üçün nə etməlisiz? - Bürclərə görə xəyanət səbəbləri

Onu itirməmək üçün nə etməlisiz? - Bürclərə görə xəyanət səbəbləri
Hər bir bürcün özünəməxsus xarakteri olur. Bəs hansı bürc partnyorunu yarı yolda qoyur? Hansı bürcə güvənmək olmaz?

Sfera.az bu dəfə qeyd edilən məsələ ilə bağlı məlumatı təqdim edir:

Qoç - Əgər onun hər istədiyini etsəniz, həddindən artıq sahiblənsəniz və azadlığını məhdudlaşdırmağa çalışsanız, sizi aldadacaq. Onlar həyəcan axtarır. Davamlı olaraq eqosunu təmin etmək arzusunda olan bu bürcün nümayəndələri diqqət göstərildiyi təqdirdə dərhal üz döndərə bilərlər. Qoçlar alovlu bürclər olsalar da, çox vaxt qeyri-qanuni əlaqələrdən uzaq olmaq istəyirlər. Amma həyat yoldaşlarından vəfasızlıq görsələr, xəyanət edə bilərlər.

Buğa – Çətin ayrılır. Maddi baxımdan sizə qarşı güvənsizlik hiss edərsə və cinsi ehtiyacları təmin edilməzsə, aldatmağa meyllənə bilərlər. Bu bürcün nümayəndələri adətən sədaqəti ilə tanınırlar, amma qarşı tərəfin ona xəyanət etdiyini öyrənərlərsə, eyni addımı atarlar.

Əkizlər – Bir dəqiqədə unudurlar. Qışqanclığı və deyinməyi sevmirlər. Bunları etsəniz, sizi yarı yolda qoyф bilərlər. Onlar üçün ehtiras və sevgi aldatma səbəbi deyil. Cinsi münasibətdən çox intellektual söhbət onları yoldan çıxarır.

Xərçəng – Onlardan qaçsanız, sizə doğru gələrlər. Amm ardınca düşsəniz, sizdən soyuyarlar. Onlar mütəmadi olaraq diqqət və qayğı istəyirlər. Əgər bunu etməsəniz, aldada bilərlər. Sadiq bürcdürlər, günahkar hiss etməyə meylli olduqları üçün asan-asan yoldan çıxmazlar.

Şir – Qürurludurlar, səhvləri bağışlamazlar. Onların liderlik ruhları zədələnən, gözlədiyi qayğını görməyən şirlər özünə uyğun başqa birini axtarmağa başlayar. Şirlər diqqət mərkəzində olmağı sevdikləri qədər də özgüvənsiz olurlar.

Qız – Özü kimi bir həyat yoldaşı istəyər. Əgər ona qarşı diqqətsiz davransanız və intellektual, mədəni səviyyəsinə uyğunlaşa bilməsəniz, sizi tərk edər, ya da aldadar. Onlar fiziki deyil, daha çox duyğusal xəyanətlərə yol verirlər. Qız bürclərinin anidən tərk etmə səbəbi isə münasibətlə bağlı hər addımı atıb istədiyi effekti almamalarıdır. Ayrıldıqları insana əsla geri qayıtmırlar.

Tərəzi – Həmişə gözəl, baxımlı olan bu bürclər qarşısındakının da eyni olmasını istəyir. Əgər baxımsız, kobud və geridüşüncəli birisinizsə, hər an tərk edilə bilərsiniz.

Əqrəb -  Onlar münasibətlərindəki nəzarətin daim öz əllərində olmasının tərəfdarıdırlar. Əgər sizi idarə edə bildiyinə inanırsa, problem yoxdur. Amma siz də hər zaman onları idarə etməlisiniz, hər an yanlış yollara meyllənə bilərlər. Ehtiraslı əqrəblərin xəyanət etmə ehtimalları çoxdur.

Oxatan – Münasibətlərində məntiq axtarırlar, eqoları yoxdur. Hərəkətli və sosial adamlardılar. Əgər siz də belə deyilsinizsə, sürətlə uzaqlaşmaq istəyəcəklər. Oxatanları cəzbedən önəmli şeylərdən biri həyəcandır. "Görəsən onu gözləyən, böyük sevgi, macəra varmı” deyə maraq içində olarlar.

Oğlaq – Ən çətin ayrılan bürclərdir. Ailəsinə, valideynlərinə, yaxınlarına çox dəyər verirlər. Ailəsi ilə bağlı edə biləcəyiniz hər hansı səhv, sizdən uzaqlaşmalarına səbəb olar. Həmçinin partnyorlarından mütəmadi olaraq dəstək görmək arzusunda olurlar.  Özünü maddi baxımdan güvəndə hiss etmirsə, tərk edilə bilərsiniz.

Dolça – Onların azadlığını məhdudlaşdırsanız, həyatına müdaxilə etsəniz və ya dost ətrafına düzəlişlər etməyə cəhd etsəniz, xəyanət edə bilərlər. Özünə ehtiyacın olduğunu hiss etməyi sevən dolçalar çox romantik deyil. Adətən aldadılan tərəf olurlar. Aldadan tərəf olmaları üçün fiziki təsirdən daha çox, duyğusal baxımdan bağlanmalıdırlar.

Balıq – Dəyişkən quruluşlu olan bu bürcün nümayəndələrinin anlıq duyğularına tərs hərəkət sərgiləməyiniz sizi yarı yolda qoyması üçün əsas səbəbdir. Onu yoldan çıxaran şey özgüvən yetərsizliyidir.


Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib.  Tam siyah...

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozso...