Onları daha yaxşı tanıyın! - Bürclərin ən qaranlıq sirləri

Onları daha yaxşı tanıyın! - Bürclərin ən qaranlıq sirləri
Hamının açıqlamaq istəmədiyi sirlərinin olduğu bəllidir. Bəziləri özünü insanlara olduqlarından başqa cür təqdim edirlər. Bürclərin də özlərinəməxsus gizli xüsusiyyətləri var.
 
Sfera.az bu dəfə bürclərin hər kəsdən gizlətdiyi ən qaranlıq sirlərini təqdim edir:

Qoç bürcü – Hiyləgər olurlar, bəzən bunu yüksək səslə dilə gətirə bilirlər. Bu bürcün nümayəndələri qələbə qazanmaq üçün aldatmaqdan belə çəkinməzlər. Əgər bu xarakterlərini nəzarətdə saxlaya bilərlərsə, onlar üçün daha yaxşı olar. Amma aldatmaq hər zaman onlara cəzbedici gələr.

Buğa bürcü – Qürurlu və eqolu davrana bilərlər, amma dərinlikdə güvənsizlik yaşayırlar. Birini sevəndə və onun doğru adam olduğunu düşünəndə açıq kitab kimi özlərini qarşı tərəfə təslim edərlər.

Əkizlər bürcü – Mənasız səbəblərdən ötrü münasibətlərini bitirə bilərlər. Onlara görə, partnyorları mesajlarına cavab verməsə, ya da zənglərinə geri dönməsə bu, ayrılıq səbəbidir. Heç kimə gerçək kimliklərini göstərməzlər, çünki müdafiəsiz olmaqdan xoşları gəlmir.

Xərçəng bürcü – Əslində bütün dostlarına nifrət edirlər. Özlərini onlardan daha üstün görürlər, sadəcə nə hikmətdirsə, əlaqələrini qopara bilmirlər.  Digər sirləri isə özlərini həssas hiss etmələridir. Sədd çəkirlər, qayda-qanunlu görünsələr də, əslində bundan çox uzaqdırlar. Bu görüntülərini qorumaq üçün əllərindən gələni edirlər.

Şir bürcü – Ən qaranlıq sirləri hər kəsi qısqanmalarıdır. Qısqanclıq onları daxildən yeyib-bitirir. Hətta bir əlində olanı digər əli qısqanır. Hər zaman göz qabağında olmağı sevirlər.

Qız bürcü – Saxta kompliment etmək məsələsində ustadırlar. Ona görə də sözlərinə inanmamaqda fayda var. Əgər sizi tərifləyirsə, bu, nəzakətlərindən irəli gəlir.  Dərin düşünən insanlardır. Bu bürc nümayəndələrinin rahat olmağa ehtiyacı var.

Tərəzi bürcü -  Daşqəlblidirlər və manipulyasiya məsələsində bacarıqlıdırlar. Bir şeyi etdirmək istəyəndə sakit danışırlar. Bu səbəbdən onlardan hər hansı utanc və ya günah hissi gözləməyin. Əsas sirləri isə, tək qalmaqdan qorxmalarıdır. Amma bunu heç vaxt qəbul etmirlər.

Əqrəb bürcü – Qaranlıq tərəfləri və intiqam hisləri var. Ona görə də sirləri çoxdur. Onların saxta baxışına və timsah göz yaşlarına inanmayın. Sizdən özünüz haqqında danışmağınızı və sirlərinizi öyrənmək istəyərlər. Amma öz sirlərinə gələndə, heç nə deməzlər.

Oxatan bürcü – Münasibətdən qaçırlar. Sizi çox sevə bilərlər, amma bağlılıq məsələsinə gəldikdə, anidən ortadan yox ola bilirlər. Bir oxatanın bağlılığını qazanmaq üçün bir az səbrli olmalısınız.

Oğlaq bürcü – Bağışlamaq onların kitabında yoxdur. Edilən şeyləri unutmazlar. Sizi həyatlarından çıxarar və ya sizi səfil duruma sala bilərlər. Güclü görünməyi sevirlər, amma içlərində çox duyğusal olduqlarını bilirlər.

Dolça bürcü – Zərərsiz zarafatlaşmaları əslində bir flört forması olsa da, bunu heç vaxt qəbul etməzlər. Eyni zamanda ətraflarındakı dost qrupu ilə yaxşı yola getməyə bilərlər. Əlaqə qurmaq istəyirlər, amma bu mövzuda uğursuzdurlar.

Balıq bürcü – Diqqət çəkmək üçün kədərli hekayələrinə əlavələr edirlər. Bu bürcün nümayəndələri qarşısındakı insanın simpatiyasını qazanmaq üçün hər şey edə bilərlər. Zərif qəlbləri var. İncinməmək üçün insanların asanlıqla ürəklərinin dərinliklərinə toxunmalarına icazə vermirlər.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib.  Tam siyah...

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozso...