Nəhəng insanlar dövrü və Ad qövmü: Mif, yoxsa reallıq? ARAŞDIRMA

Nəhəng insanlar dövrü və Ad qövmü: Mif, yoxsa reallıq? ARAŞDIRMA
Dünyanın bir çox ölkələrində aşkarlanan  arxeoloji tapıntılar  qədim dövrdə nəhəng insanların  yaşadığı faktını təsdiq edir. Nəhənglərin  qalıqları demək olar ki, dünyanın bütün ölkələrində – Tunisdə, Meksikada, Pensilvaniyada, Peruda, mərakeşdə, İspaniyada, Texasda, Suriyada, Avstraliyada, Filippində, Cənub-Şərqi Asiyada, Gürcüstanda və Okeaniya  adalarında rast gəlinir. Sfera.az olaraq Sizlərə bu nəhəng insanlar barədə geniş araşdırma təqdim edirik.
 
2008-ci ildə Gürcüstanın Borjomi şəhəri  yaxınlığında  arxeoloqlar  3 metr boyu olan insanın skeletini aşkarladılar. Onun kəllə sümüyü adi insanınkından 3 dəfə böyük idi.
 
Nəhənglərin skeletinə Avstraliyada da rast gəlinib. Orada araşdırmaçılar  eni 42 mm və hündürlüyü 67 mm olan nəhəng diş tapmışdılar. Ekspertlərin son rəyinə görə, dişin sahibi 7,5 metr boyu olan və 370 kq ağırlığında olublar. Analiz nəticəsində onların 9 milyon yaşı olduğu müəyyənləşib.
image-11-14

 

Analoji tapıntı Çin ərazisində də əldə edilib. Orada arxeoloqlar boyu 3-3,5 metr, çəkisi isə  300 kq-a yaxın olan insanın çənə sümüyündən bir hissə  tapmışdılar.
Cənubi Afrikada  almaz mədənində nəhəng insanların   kəllə sümüyündən 45 sm-lik bir hissə tapmışdılar. Antropoloji araşdırmalara görə, onun yaşı 9 milyon ildən çoxdur.
 
 
 
 
37189f2a91de5bd1fa664066eb7b0cb4_500_0_0Saxara  ərazisində, Qobera rayonunda daş dövründən qalma məzarlıq aşkarlayıblar. Qalıqların təqribi yaşı 5 min il hesablanır. 2005-2006-cı illərdə  regionda tenerian və kifaya mədəniyyətinə aid 200 məzar aşkarlanıb. 8-10 min il əvvəl bu ərazilərdə  yaşayan kifiyalılar iki metri ötən hündür boyları ilə fərqləniblər.
 
Türkiyənin dağlıq ərazilərində çoxlu sayda nəhəng sümüklər aşkarlanıb. Onların arasında 120 sm hündürlüyündə daşlaşmış insan ayaq da var idi. Bunun nəticəsində həmin insanın boyunun 5 metr olduğu müəyyənləşir.
 
Nəhəng insanların yaşayış yerləri
 
Ən qeyri –adi tikilələrdən biri Livanda  Baalbek terrasıdır. Onun əzəməti tikildiyi daşların böyüklüyü ilə daha da gözə çarpır. Baalbekdə  dünyanın ən böyük üzəri işlənmiş daşı var. Onun qədim adı  Qayar əl-Kiblidir, bunun mənası da «Cənub daşı» deməkdir. Daşın  həcmi 433 kubmetr, çəkisi isə 1300 və hətta 2000 tondur. Mühəndis O.Kolomiyçukun fikrincə bu daşı yerindən bərpətmək üçün eyni anda 60 min insan güc sərf etməlidir.
 
Terrasın  sağ qərb küncündə bu gün də  3 qeyri –adi  iri piltələr görmək mümkündür. Bu, məşhur  triliton blokudur. Onların  hər birinin həcmi 300 kubmetr, çəkisi isə 800 tondur.
25987Görəsən nəhəng insanlardan başqa kim  bu cür daşların üzərini işləyə və yerləşdirə bilərdi? Misirdə Xefren fironunun məbədində  500 ton ağırlığında blok var. Yunanıstanda  Tirinfin qala  divarları qorunub, onların  hər birinin qalınlığı 20 metrdir, daşların çəkisi isə 125 tondur.

 

Nəhənglər  briqşadası ehtimal ki, Misir və Meksika piramidalarının, Stounhecin inşaasında iştirak ediblər və Pasxa adasının sahilində 8 metr hündürlüyündə və 50 ton ağırlığında olan, vulkanik süxurlardan  hazırlanan  və onlarla km uzaqlıqdan adanın sahilinə tərəf gətirilən 500 nəhəng daş istukanları quraşdırıblar.
Mərkəzi Amerikada Kosta Rika cəngəlliklərində nəhəng daş sferalar  tapılıb. Las Bolas Qrandes adlanan bu daşlar arasında 16 ton ağırlığında  2,5 diametrlik daşlara da rast gəlinir.
 
Tarixi mənbələrdə nəhəng insanlar
 
Nəhəng insanlar barədə ən müxtəlif mənbələrdə  bir sıra sənədli dəlillər var. FaktXeber.com olaraq onlardan bəziləri ilə Sizləri tanış edək.
 
İnk rəvayətlərində  bildirilir ki, XII İnk kralı Ayatarko Kuso dövründə okean tərəfindən  nəhəng qamış  qayıqlarda  ölkəyə çox nəhəng insanlar gəliblər: «Onların boyu o qədər uca idi ki, hətta ən hündür hindu onların dizi boyda idi. Onların saçları çiyinlərinə tökülürdü, üzrəi isə saqqalsız idi… Onların hər biri adi insandan 50 dəfə artıq  yeyirdi».
 
Qədim Vavilyonun gil lövhələrinin  birində deyilir ki, dövlət  astronomik bilikləri  Cənubi Asiyadan gələn və boyları 4 metrdən çox olan nəhənglərdən alıb.
 
Min il əvvəl yaşamış ərəb səyyah ibn Fədlan Xəzər krallığının adamlarının ona 6 metrlik insan skleti göstərdiyini yazıb.
Bu ölçüdə skleti İsveçrənin  Lyusern  şəhərindəki muzeydə rusiyalı klassik yazar  Turqenyev və Korolenko da görüb. Onlara bildirilib ki, bu nəhəng sümüklər  1577-ci ildə  həkim Feliks Platnyor tərəfindən dağlıq mağaralrın birində aşkarlanıb.
Onu da qeyd edim ki, nəhəng insanlar barədə səmavi kitabların hamısında – Tövratda, Zəburda, İncildə və Qurani-Kərimdə məlumat var.
 
Niyə bu nəhəng insanların sümükləri dünyanın heç bir muzeyində sərgiyə qoyulmayıb?
 
Bu barədə çox misallar gətirmək olar. Lakin yəqin bu yazını oxuyan hər kəsi bir sual maraqlandırar: Niyə bu nəhəng insanların sümükləri dünyanın heç bir muzeyində sərgiyə qoyulmayıb? FaktXeber.com-un araşdırmasına görə, alimlərin bu barədə rəyi belədir: Nadir tapıntılar bilərəkdən üzə çıxarılmır.Çünki əks təqdirdə  Darvinin təkamül nəzəriyyəsi tamamilə çökə bilər, bununla da bütün insanlıq tarixinə və onun Yerdəki mövcudluğuna baxış dəyişər…
 
İslam nəhəng insanlar barədə nə deyir?
 
Rəvayətlərə görə, Yaradanın Yer üzünə göndərdiyi bir çox peyğəmbərlər nəhəng olublar. Hətta deyilənə görə, Nuh Peyğəmbərə gəmisini tikməyə  Uca adlı nəhəng kömək edirmiş. Qurani-Kərimdə isə belə insanların Ad qövmündə yaşadığı bildirilir.
 
Ad qövmü – Nuh peyğəmbərin nəslindən olan qövmdür. Rəvayətlərə görə, onlar Yer üzündə ən hündür  və güclü insanlar olublar.
 
«Peyğəmbərlər tarixi» kitabında bu barədə deyir: «Onların ən balaca boylusu 60 dirsək idi və onlar kamilliyə 100 yaşdan sonra çatırdılar… Tayfada insanlar 100 ildən bir dünyalarını dəyişirdilər».
 
Lakin bu cür nemətlərə qərq olumş insanlar  tezliklə Yaradanı unudur  və bütlərə sitayiş etməyə başlayırlar. Beləliklə, onlar arasında bütün sərhədlləri aşan günah yayılmağa başlayır.
 
Qurani-Kərimin "Əhqaf” surəsində  buyurulur: «Həqiqətən, biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.” (ayə 26).
 
Ad qövmünü düzgün yola gətirmək üçün Hud Peyğəmbər onlara göndərilir. Lakin onlar peyğəmbərin çağırışını dinləmirlər: «Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən, siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız. Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!» (Hud surəsi, 50-51).
 
Lakin Ad qövmü saylarının çoxluğuna görə arxayın idilər və düşünürdülər ki, bədənləri  nəhəng və güclü olduğu üçün heç kim onlara qalib gələ bilməz:  «(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz? Cah-cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz. Belə isə, Allahdan qorxun və mənə itaət edin. Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi. Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi; Həmçinin bağlar və bulaqlarla (kömək etdi). Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram. Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir». Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik). (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata-babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab-kitab adlı bir şey olmayacaqdır). «(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir». (Şüəra, 26/128-138).
 
Hud Peyğəmbər onları nə qədər düz yola çəkmək istəsə də, qövmü ona qulaq asmır, hətta onu daşa basırdılar. Beləliklə, 70 il keçdi. Lakin tayfadakılar nəinki düz yola gəlmir, hətta getdikcə azğınlaşırlar. O zaman Peyğəmbər Allaha dua edir ki, qadınları sonsuzluq bəlasına düçar etsin. Beləliklə, onların sayı azalar. Həmin il bir uşaq belə dünyaya gəlmir. Beləliklə gördülər ki, Peyğəmbərin duası qəbul olunub. Lakin onlar yenə yola gəlmirlər. Buna görə Yaradan onlara  quraqlıq bəlasını göndərir. Düz 7 il insanlar yağış üzü görmürlər. Tayfanın yarısı aclıqdan həlak olur. Lakin bu göndərilən sınaqlara baxmayaraq, az bir qism Allaha iman gətirir.
 
"Hud” surəsində bu barədə belə qeyd olunub: «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin. Dedilər: «Ey Hud, bizim üçün açıq-aydın bir dəlil (bizim bəyənəcəyimiz bir nişanə) gətirmədin. Biz heç vaxt sənin sözünlə öz tanrılarımızı tərk edən deyilik və biz sənə əsla inanan deyilik». (ayə 52-53)
 
Bundan sonra Allah onlara şiddətli bir əzab göndərməklə bu qövmün kafirlərini məhv edir. Hədislərə görə 7 gün, 7 gecə qasırğa əsir. Külək ağacları kökündən çıxardır, yaşayış evlərini məhv edir.
 
Əhqaf surəsi, ayə 24-27: «Beləliklə, əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur». (Hud dedi: «Xeyr,) əksinə, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir ki, Rəbbinin əmri ilə hər şeyi (bütün canları və mal-dövləti) həlak və məhv edəcəkdir». Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq. Həqiqətən, biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü. Həqiqətən, Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara (Özümüzün) müxtəlif (tovhid və əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar».
 
Bundan sonra göydən daş yağır. Onlar həyatla öülümn arasında qalırlar. Daş qalıqlarının altından inilti səsləri günlərlə kəsilmir.
 
Qurani-Kərimdə bu barədə deyilir: «Bəs nəyə görə Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu onların iftiraları və uydurmalarıdır» (Əhqaf, 28)
 
Qeyd edək ki, Ad qövmü üçün bəla kimi göndərilən külək  Hud Peyğəmbərin yanında olan  insanlara dəymir, onlar sağ-salamat bu tufandan çıxırlar.
 
Quranda bu barədə buyurulur: «Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq».
 
Yeri gəlmişkən, 2006-cı ilin yayında Səudiyyə Ərəbistanında  10 metr hündürlüyündə skelet tapılır. Arxeoloqların və İslam alimlərin fikrincə, bu qalıqlar Quranda adı keçən Ad qövmünə aid ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...