Nazirdən müəllimlərin geyim qadağası ilə bağlı AÇIQLAMA

Nazirdən müəllimlərin geyim qadağası ilə bağlı AÇIQLAMA
Təhsil naziri Emin Əmrullayev Sumqayıt məktəblərinin birində direktorun müəllimlərə geyim qadağası tətbiq etməsinə aydınlıq gətirib.

Sfera.az-ın məlumatına görə, nazir bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində həll olunacaq məsələlər hər dəfə nazirlik səviyyəsinə qaldırılır.

"Bununla bağlı Nazirliyin müvafiq qərarı var. Bu, nazirliyin mövqeyidir və açıqdır. Amma ümumtəhsil məktəbləri səviyyəsində məktəb direktorları məsələni tənzimləməlidir. Bu və digər mövzular haqqında müəllimlər, direktor arasında fikir ayrılıqları ola bilər. Burada da belə fikir ayrılığı olmuşdu və artıq həllini tapıb”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayılıb. 14 saylı məktəbin direktoru Fatma Bayramova müəllimlərlə alçaldıcı tonla danışıb, onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyib. Direktor icazə verilən bir müəllimədən başqa, digərlərinin məktəbə şalvarda gəlməsinə qarşı çıxıb. (Modern.az)
 

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

İntim videosu yayılan müəllimlə bağlı YENİ XƏBƏR - VİDEO

Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır. Sfera.az xəbər verir ...

"Əyani təhsilə qayıtmaqda gecikmişik" - Pandemiyanın təhsilə vurduğu zərbəni necə aradan qaldırmaq olar?

Pandemiya bəlkə də ən çox təhsil sahəsinə zərbə vurdu. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu dövrdə təhsilin keyfiyyəti xeyli aşağı düşdü. Hazırda isə po...

Nazirdən müəllimlərin geyim qadağası ilə bağlı AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev Sumqayıt məktəblərinin birində direktorun müəllimlərə geyim qadağası tətbiq etməsinə aydınlıq gətirib. Sfera.az-ın məlumatın...

Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? VİDEO

Bu şəxslərin bəziləri Rusiya, bəziləri Ukrayna, bir hissəsi isə Belarusda tibb təhsili alıb. İndi isə ölkəmizə qayıdan gənclər sahələri üzrə fəaliyyət göstərə b...

MİT təqaüdü qazanan Salmanla bağlı maraqlı faktları açıqlandı - FOTOLAR

"Bu uğuru gözləyirdik. Çünki o gün ərzində 12-13 saat dərslə məşğul olurdu, həm beynəlxalq olimpiadalara, həm öz fənlərinə, həm SAT-a, həm də İELTS imtahanına h...