Nazarbayevin statusu konstitusiyadan çıxarılır

Nazarbayevin statusu konstitusiyadan çıxarılır
Qazaxıstan Konstitusiya Şurasına (KM) birinci prezidentin statusu ilə bağlı normanın Konstitusiyadan çıxarılması ilə bağlı müraciət göndərilib.
 
Sfera.az xəbər verir ki, bunu prezidentin müşaviri Yerlan Karin bildirib.
 
O qeyd edib ki, Nursultan Nazarbayevin tarixi rolu hamıya məlumdur və ölkənin əsas qanununda ayrıca təsbit edilməsini tələb etmir:
 
"Bu gün Konstitusiya Şurası ölkə Konstitusiyasına əlavə və dəyişikliklər layihəsinə müsbət rəy verib. Həmçinin, işçi qrupunun bəzi üzvlərinin təklifi nəzərə alınaraq, birinci prezidentin statusu ilə bağlı normanın çıxarılması ilə bağlı Konstitusiya Şurasına əlavə müraciət göndərilib”.
 
Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı işçi qrupunun üzvü Marat Başimov qeyd edib ki, 91-ci maddədə ilk prezidentin müstəqil Qazaxıstanın qurucusu statusunun dəyişməzliyi ilə bağlı normanın saxlanması cəmiyyətdə çox ciddi mübahisəyə səbəb olub:
 
"Ona görə də Konstitusiyaya əlavə və dəyişikliklər layihəsini hazırlayan işçi qrupunun bəzi üzvləri dövlət başçısına təklif göndəriblər ki, heç bir hüquqi yük daşımadığından birinci prezidentin tarixi rolunun qeyd olunması əsas qanundan çıxarılsın. Belə ki, dəyişiklik layihəsinə əsasən, birinci prezident, onun statusu və səlahiyyətləri ilə bağlı bütün normalar Konstitusiyadan tamamilə çıxarılacaq”.

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...